XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanın dövlət borcu açıqlandı

Azərbaycanın dövlət borcu açıqlandı

Azərbaycanın dövlət borcu açıqlandı
14-10-2023, 10:30



Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat təşkil edir.

Bu barədə Maliyyə Nazirliyinin rüblük hesabatında qeyd edilib. Belə ki, hazırda Azərbaycanın dövlət borcu 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 14,4 %-i qədər olub.

Məlumata görə, borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 %-i və 5,1 %-i qədərdir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.