Bu məhsullar bahalaşıb - SİYAHI
2023-cü ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən 110,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 112,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 110,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,6 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, 2023-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,1 faiz təşkil edib.
2023-cü ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 104,5 faiz olub.
Bildirilib ki, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, təzə balığın, yumurtanın, bananın, gavalının, şaftalının, pomidorun, xiyarın, göy lobyanın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, tütün məmulatlarının, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, unun, makaron məmulatlarının, toyuq ətinin, yoqurtun, kərə və bitki yağlarının, almanın, kələmin, balqabağın, soğanın, şəkər tozunun, konfetlərin, çayın, limonadın, arağın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,9 faiz təşkil edib.
Sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən sementin, kəsilmiş taxtaların, ucuzlaşma isə sintetik yuyuсu vasitələrin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,4 faiz təşkil edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır