Əhalinin banklarda olan əmanətləri niyə azalıb? - AÇIQLAMA
"İyul ayında ciddi şəkildə əmanətlərin azalması müşahidə olunub. Bunun da iki səbəbi var. Bu ilin əvvəlindən ertələnmiş qayda qüvvəyə mindi. Belə ki, depozitlərə 10 faizlik gəlir vergisi tətbiq olunur".
Bunu "Xalqxeber.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bu, kiçik depozit sahiblərinin marağını azaldıb:
"Məsələn, 4-5 min manat depozitdə pulu olan şəxs 8-9 faizlə 300-400 manat pul qazanırdı. İndi isə onun 10 faizini vergi şəklində verməlidir. Bu zaman isə onların bir çoxu depozitlərini geri çəkdi. Digər səbəb isə odur ki, bir çox insanlar yay tətili üçün depozitlərindən pul çəkdilər. Bundan başqa ödənişli ali təhsil müəssisələrinə qəbul olanlar var. Çox güman ki, onların valideynləri depozitdə olan vəsaitlərindən istifadə edərək təhsil haqqını ödəmək məcburiyyətində qaldılar. Bu obyektiv səbəblər də iyul ayında depozitlərin azalmasına səbəb olub.
Bu dinamikanın davam edib-etməyəcəyini indidən söyləmək çətindir. Yaxın 3 ayda eyni dinamikanı müşahidə edəcəyiksə, bu həm də o demək olacaq ki, əhalinin real gəlirləri azalır. Bu gəlirlər azaldıqca depozitdə olan vəsaitə müraciət etmək məcburiyyəti yaranır".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır