Sabiq vitse-prezidentlərə SOCAR-da vəzifə verildi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daha 3 keçmiş vitse-prezidentinə - Xalik Məmmədov, Yaşar Lətifov və Daşqın İsgəndərova şirkətdə yeni vəzifə verilib.
Xalqxeber.az Report-a istinadən xəbər verir ki, onlar SOCAR prezidenti Rövşən Nəcəfin müşavirləri təyin ediliblər.
Qeyd edək ki, bundan əvvəl SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov da R.Nəcəfin iqtisadi məsələlər üzrə müşaviri təyin olunub. O, həmçinin “Petkim”in İdarə Heyətinin sədri, “SOCAR Türkiyə” və “SOCAR Ukrayna” şirkətlərinin İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev SOCAR-ın 5 vitse-prezidentinin vəzifələrindən azad olunmaları ilə bağlı Sərəncam imzalayıb.
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır