Nazirlikdən BVF-nin Bakı ofisinin bağlanması ilə bağlı açıqlama
Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanması qərarına münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev “Qafqazinfo”ya Beynəlxalq Valyuta Fondunun iyun ayının sonundan etibarən Azərbaycandakı ofisinin bağlanması ilə bağlı məktubu aldıqlarını təsdiqləyib və Fondun bu qərarını təbii qarşıladıqlarını bildirib.
Qeyd olunub ki, 1992-ci ildən BVF-yə üzv qəbul edilən Azərbaycan 1993-2001-ci illlərdə Fond ilə sıx əməkdaşlıq edib, bir sıra proqramların keçirilməsi üçün Fonddan kreditlər cəlb edib, bununla əlaqədar həmin illər ərzində ölkəmizdə BVF-nun ofisi rezident nümayəndəlik statusunda fəaliyyət göstərib.
Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, BVF-nun əsas missiyası xərclərini gəlirləri ilə tarazlaşdırmaqda maliyyə çətinlikləri çəkən və xarici valyutada olan ehtiyyatlarının tükənməsi problemləri ilə üzləşən üzv ölkələrdə makroiqtisadi və fiskal vəziyyətin sabitləşdirilməsini və yaxşılaşdırılmasını dəstəkləyən kredit və maliyyə yardımı proqramları həyata keçirməkdən ibarətdir. Azərbaycan hökuməti sonuncu dəfə 2001-ci ildə BVF-dan kredit cəlb etmişdir, 2015-ci ilədək isə Fonda olan bütün kreditlərini geri qaytarıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır