Dövlət Xidmətindən banklara XƏBƏRDARLIQ
Aparılan monitorinqlər zamanı bank xidmətlərinin reklamlarının yayımlanması zamanı reklam qanunvericiliyinin tələblərinə əməl edilməməsi halları aşkar edilib.
Xalqxeber.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) yaydığı məlumata istinadən xəbər verir ki, AİBNDX tərəfindən ötən ilin əvvəlindən etibarən ölkədə fəaliyyət göstərən banklara reklam qanunvericiliyinin tələblərinə dair maarifləndirici məktublar ünvanlanıb.
“Lakin son dövrlərdə aparılan monitorinqlər zamanı bank xidmətlərinin reklamlarının yayımlanması zamanı reklam qanunvericiliyinin tələblərinə əməl edilməməsi halları aşkar edilib. Qanun pozuntuları üzrə Dövlət Xidməti tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununda maliyyə, bank, sığorta, investisiya xidmətləri, eləcə də qiymətli kağızların reklamı üçün xüsusi qaydalar təsbit edilib. Belə ki, lisenziyalaşdırılan fəaliyyət növləri üzrə lisenziyanın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı, eləcə də maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların reklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır.
Bundan əlavə, istehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, istehlakçı aşağıdakılar barədə də məlumatlandırılmalıdır:
- Kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;
- Kreditin müddəti;
- Kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;
- Kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bank xidmətləri ilə bağlı reklam qanunverciliyinin tələblərinin pozulması barədə araşdırma nəticələrinə uyğun olaraq, qanun pozuntularına yol vermiş banklar barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir”, - deyə məlumatda qeyd olunur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır