İMEİ nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcək
Prezident İlham Əliyevin təsdiqlədiyi, Milli Məclisin İnzibati Xətallar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə fiziki şəxslər 300 - 400 manat, vəzifəli şəxslər 1 000 - 1500 manat hüquqi şəxslər isə 3 000 - 4000 manat məbləğdə cərimə ediləcək.
Məcəllənin 368 -1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600 - 800 manat, vəzifəli şəxslər 2 000 - 2 500 manat, hüquqi şəxslər isə 9 000 - 12 000 manat cərimə ödəyəcək.
Nazirlər Kabineti mobil cihazların İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır