"Azərbaycanda yanacağın qiyməti sabit qalıb" - Samir Şərifov
"Bir sıra ölkələrdə yanacağın qiyməti sürətlə artıb, Azərbaycanda isə sabit qalıb".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
"Bu da Tarif (Qiymət) Şurasının siyasəti ilə bağlıdır", - deyə o, qeyd edib.
"Hazırda inflyasiya fenomeni təkcə Azərbaycana xas amil deyil. Bir sıra ölkələrdə, o cümlədən, inkişaf etmiş ölkələrdə son 40 ildə görülməyən yüksək inflyasiya göstəriciləri qeydə alınır", - deyə nazir əlavə edib.
Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə yanacağın qiyməti 4 yanvar 2021-ci il tarixində artırılıb. Həmin vaxt "Aİ-92" markalı benzinin 1 litrinin qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının 1 litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb. “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiymətlərini isə dövlət tənzimləmir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır