Azərbaycan “Euro-5” benzininin istehsalına nə vaxt başlayacaq? - RƏSMİ
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) “Euro-5” standartına uyğun olan benzinin istehsalına başlanılması 2023-cü ili iyun-iyul aylarına planlaşdırılıb.
Bunu “SOCAR Downstream” şirkətinin direktor müavini Emil Alxaslı Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib.
"Bu ilin üçüncü rübündə isə “Euro -5” standartına uyğun olan dizel yanacağının istensalına başlamaq planlaşdırılır. Yenidənqurma və modernizasiya layihəsi çərçivasində işlər qurğuların işə salınması səviyyəsindədir. İlk növbədə hidrogen qurğusu, növbəti mərhələdə isə digər qurğular işə salınacaq, bu proses gələn ilin ortalarına qədər davam edəcək. Hidroğen qurğusu dizel yanacağının və benzinin təmizlənməsi üçün lazımdır”, - deyə o, qeyd edib.
E.Alxaslı bildirib ki, nəticədə zavodda ildə 2 milyon ton avtomobil benzini istehsal ediləcək: “Bu həcmlərin 60%-i Aİ-92 markalı bensinin, 40%-i isə Aİ-95 markalı benzinin payına düşəcək. Yenidənqurma və modernizasiya işlərinin əsas məqsədlərindən biri ölkənin benzin və dizelə tələbatını 2040-cı ilə qədər tam ödəməkdir. Öz növbəsində, artıq qalan yanacaq həcmləri ixraca yönəldiləcək".
"Yenidənqurma və modernizasiya layihəsinin birinci mərhələsi 2023-cü ildə bitəcək, ikinci mərhələnin başa çatması isə 2027-ci ilin sonuna planlaşdırılır. Layihə nəticəsində NEZ bütün Xəzər dənizi ölkələrinin neftini emal edə biləcək”, - deyə E.Alaxalı əlavə edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...