XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Azərbaycanda 5 bank nəzarətə götürüldü

Azərbaycanda 5 bank nəzarətə götürüldü

Azərbaycanda 5 bank nəzarətə götürüldü
30-05-2017, 13:06

“Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planı baş tutarsa, bank əhəmiyyətli dərəcədə sağlamlaşdırılacaq”.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. O qeyd edib ki, ötən həftə “xarici kreditorlar klubuna” restrukturizasiya planı təqdim olunub:

“Bu plan dövlət tərəfindən dəstəklənir. Söhbət həm kapitalın komfort səviyyəyə çatdırılmasından, həm də yetərli dərəcədə likvidliyin təmin olunmasından gedir. Plan baş tutduğu halda bankın öhdəlikləri üzrə xərclər aktivlərdən gələn gəlir hesabına təmin olunacaq. Bu isə özəlləşdirilmə öncəsi bankın dəyərini xeyli artıracaq”.

R.Aslanlı bank sektorundakı ümumi vəziyyətdən danışarkən kapitallaşma problemi ilə üzləşən 5 bankın nəzarətə götürüldüyünü açıqlayıb. “Son illər ərzində 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Bu gün 5 bank “watch list”ə daxil edilib və onlar nəzarət altındadır”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.