XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » İqtisadi zəlzələdə yeni təkanlar: Rüfət Aslanlı daha 5 bankı bağlayır

İqtisadi zəlzələdə yeni təkanlar: Rüfət Aslanlı daha 5 bankı bağlayır

İqtisadi zəlzələdə yeni təkanlar: Rüfət Aslanlı daha 5 bankı bağlayır
31-05-2017, 10:37

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planı baş tutarsa, bank əhəmiyyətli dərəcədə sağlamlaşdırılacaq
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
O qeyd edib ki, ötən həftə "xarici kreditorlar klubuna” restrukturizasiya planı təqdim olunub. Bu plan dövlət tərəfindən dəstəklənir. Söhbət həm kapitalın komfort səviyyəyə çatdırılmasından, həm də yetərli dərəcədə likvidliyin təmin olunmasından gedir.
Plan baş tutduğu halda bankın öhdəlikləri üzrə xərclər aktivlərdən gələn gəlir hesabına təmin olunacaq. Bu isə özəlləşdirilmə öncəsi bankın dəyərini xeyli artıracaq”.
R.Aslanlı bank sektorundakı ümumi vəziyyətdən danışarkən kapitallaşma problemi ilə üzləşən 5 bankın nəzarətə götürüldüyünü açıqlayıb.
Son illər ərzində 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Bu gün 5 bank "watch list”ə daxil edilib və onlar nəzarət altındadır.
Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev manatın öz məzənnəsini tapşırığını qeyd etdi. Bu, ictimaiyyətə ünvanlanan çox ciddi mesaj idi.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Artıq 5 aya yaxındır ki, ölkədə üzən məzənnə rejimi siyasəti yürüdülür. Hazırda valyuta bazarı normal fəaliyyət göstərir.
Keçən illərdə olduğu kimi hazırda valyuta bazarında defisit yoxdur. İqtisadi fəaliyyət iştirakçıları və aktorlar özlərinin valyutaya olan tələblərini tam ödəyirlər. Bu gün valyuta bazarı tələb yox, təklif bazarıdır.
R.Aslanlının 5 bankın "watch list”də olmasının deməsi daha 5 bankın bağlanacağı anlamına gəlir. Azərbaycanda 13 bank bağlanıb.
Azərbaycan Sənaye Bankı, “Rabitəbank”, “Muğanbank”, “Accses bank”, “Ekspress bank”, “Unibank” ciddi problemlərlə üzləşiblər.
Ümumiyyətlə, devalvasiya bir çox bankların kapitalını zədələyib. Normativ göstəricini aşağı salıb. Mərkəzi Bank banklara yanaşmaqda fərdi münasibət sərgiləyir. Qanunvericiliyin tələblərinə uyğun addım atmır. Faktik olaraq 2014- cü ilin sonunda normativlərə əməl etməyən 4 bank var idi.
2016-ci ölkədə əsasən iqtisadi problemlərin dərinləşməsilə yadda qaldı. Bu problemlər hələ də davam edir və ekspertlər birldirlər ki, 2017-ci ildə problemlər daha da dərinləşəcək.
Manatın qısa zamanda 2 dəfə kəskin devalvasiyaya uğraması əhalinin vəziyyətinin ağırlaşmasıyla yanaşı bankları da çətin hala saldı. Nəzərə alsaq ki, 2016-ci il ərzində Azərbaycanda fəaliyyət göstərən 13 bank bağlandı.
Ancaq onlardan yalnız “PARABANK” öz fəaliyyətini bərpa edərək Bank Olmayan Kredit Təşkilatı (BOKT) kimi yenidən bazara qayıtdı. Digər bağlanan banklar isə qanunun tələblərinə cavab vermədikləri üçün fəaliyyətini bərpa edə bilmədi.
Qeyd edək ki, lisenziyası ləğv olunan bankların tamamı konsilidasiyaya getməyə hazır olduqlarını bildirdilər. Ancaq bu proses də baş tutmadı və nəticədə banklar öz fəaliyyətini dayandırdı.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nəzarətinə götürdüyü 5 kommersiya bankından biri “Atabank”dır.
Bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
“Bu bankda kapitalla bağlı problemlər var idi, ödənişləri ləngiyirdi. Hazırda “Atabank” birləşmə prosesindədir və konsolidasiya başa çatdıqdan sonra onun məcmu kapitalı təxminən 85 mln. manat, adekvatlıq əmsalı isə 40% olacaq. Bu isə bizim normativlərə uyğundur. Digər 4 bankın adını hələ ki, açıqlamaq istəmirəm”, - deyə R.Aslanlı qeyd edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.