Azərbaycanda yeni bank yaradılacaq
Azərbaycanda 100 faizli İran kapitalı ilə bankın yaradılması planlaşdırılır.
Bunu Bakıda eksklüziv müsahibəsində İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf deyib. O qeyd edib: "Bankın 1993-cü ildən bəri Azərbaycandə fəaliyyət göstərən "Bank Melli İran" bankının filialının Azərbaycan bankına çevrilməsi yolu ilə nəzərdə tutulur. Bankın kapitalı tamamilə İran kapitalı hesabına yaradılacaq. Səhmdar qismində "Bank Melli İran" iştirak edəcək".
İran Mərkəzi Bankının rəhbəri bildirib ki, bu məsələ gələn həftə Azərbaycan nümayəndə heyətinin Tehrana səfəri zamanı müzakirə olunacaq.
Qeyd edək ki, daha əvvəl filialları həm Azərbaycanda, həm də İranda fəaliyyət göstərəcək birgə bankın yaradılması ilə bağlı planlar mövcud olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...