"Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var" - Əli Əsədov
“Burada ərzaq təhlükəsizliyi ilə əlaqədar fikirlər səsləndirildi. Bu, yeni məsələ deyil. Bizim idxal olunan əsas taxıl mənbəyimiz Rusiyadır".
Xalqxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, idxal olunan buğdanın 1 tonunun baza qiyməti 225-240 dollardan 340 dollara qalxmışdı:
"Eyni zamanda Rusiya hökumətinin ixrac rüsumları da 28 dollardan 34 dollara artırılmışdı. 2021-ci ildə bu fərqi bağlamaqdan ötrü idxalçılara 75 milyon manata qədər subsidiyalar verilib”.
Ə.Əsədov qeyd edib ki, 50 kq-lıq un kisəsinin qiyməti 26 manatdan 36 manata qalxıb, lakin subsidiyalara baxmayaraq bu, son deyildi: “Bu, müharibəyə qədər olan rəqəmlərdir. Son günlər gedən proseslər və əsas ixracatçı ölkə olan Rusiyada tətbiq olunan qadağalar da aktualdır. Rusiya hökumətinin başçısı ixraca hələ ki, icazə verir. Bizim kifayət qədər taxıl ehtiyatımız var”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır