"Rubl kəskin ucuzlaşa bilər" - Deputat
"Kremlin son qərarı qlobal iqtisadiyyata təsirsiz ötüşməyib. Şərqi Avropada yarana biləcək daha böyük miqyaslı gərginlikdən təsirlənən birjalarda strateji məhsulların qiymətində artımlar müşahidə edilib".
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ötən həftəni 1 bareli 90.70 dollar ilə qapayan Brent markalı neft indi 97 dollara təklif edilir.
"Yeni həftədə neft 7 faizə yaxın bahalaşıb. Rusiya rublu da təzyiq altındadır. Dünən hərraclarda dollara nisbətən 76.70 məzənnəsi ilə dəyişdirilən Rusiya pulu 79.45-dək ucuzlaşıb. Bu bir gündə rublun 4 faizə yaxın ucuzlaşması anlamına gəlir. Avro dollara nisbətən cüzi ucuzlaşıb. Avropa pulu son gün 1 faizə yaxın dəyər itirib. Avropanın Şərqində baş verənlər hələlik avrozonaya xüsusi təsir etməyib".
Deputat qeyd edib ki, istər neft, istərsə də valyuta, xüsusən də rublun məzənnəsi birbaşa Qərbin qəbul etidyi qərarlardan asılı olacaq:
"Ağ Evdə və eləcə də Brüsseldə Rusiyaya qarşı sanksiyalar ilə bağlı açıqlamalar veriləsə də hələlik hansı addımların atılacağı dəqiqləşdirilməyib. Bir müddət öncə də Vaşiqtonda Moksvaya qarşı SWIFT-dən çıxarılma kimi sərt sanksiyalar ilə bağlı bəyanatlar verilsə də sonradan okeanın o tayında diplomatik addımlara üstünlük verildi. Bununla belə, əgər Qərb Rusiyaya qarşı əvvələr bəyan etdiyi sanksiyaları tətbiq edərsə, o halda Brent markalı neftin qiyməti qısa zamanda 100 dollarlıq psixoloji həddi keçə və rubl kəskin ucuzlaşa bilər. Bu baxımdan, indi bütün gözlər Vaşinqtondadır".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır