“Neft Daşları” yatağı üçün yeni platforma tikilib
Platformada 8 istismar quyusu qazılacaq
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında ``Neftqazelmitədqiqatlayihə`` İnstitutunun layihəsi əsasında yeni, 620A saylı stasionar dəniz platformasının tikintisini başa çatdırıb.
” SOCAR-a istinadən xəbər veririk ki, 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 2 520 kv. metr, çəkisi isə 2 398 tondur.
“İstehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilib, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib. 7 dayaq bloku, 6 aralıq seksiyası, 1 helikopter, eləcə də 10 minik və yanalma meydançalarından ibarət platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilib, işçilərin sosial şəraitinin təmin olunması üçün yaşayış bloku, eyni zamanda qazma qülləsi üçün qülləaltı postament və digər zəruri avadanlıq quraşdırılıb”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, dənizin 27 metr dərinliyində yerləşən platformadan gündəlik 105 ton neft və 160 000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...