XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » Özəlləşməyə çıxarılacaq obyektlərin siyahısı hazırlanacaq

Özəlləşməyə çıxarılacaq obyektlərin siyahısı hazırlanacaq

Özəlləşməyə çıxarılacaq obyektlərin siyahısı hazırlanacaq
29-01-2022, 19:30

Gələn il özəlləşməyə çıxarılacaq obyektlərin siyahısı hazırlanacaq.

Xalqxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında qeyd olunub.

Belə ki, İqtisadiyyat Nazirliyinə 2023-cü ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısını, özəlləşmədən daxilolmaların proqnoz göstəricilərini 2022-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.