Qubadlı yenidən qurulacaq
Bu günlərdə 44 günlük müharibənin hər bir gününə şanlı səhifələrlə yazılmış qələbə tarixlərinin ildönümünü qeyd edirik. Son zamanlar bizi daha da qürürlandıran hadisələrədən biri də Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər çərçivəsində həmin ərazilərdə aparılan quruculuq işləri ilə tanış olmaları, ictimaiyyət nümayəndələri ilə görüşlərin keçirilməsidir. Bu baxımdan oktyabrın 25-də Qubadlı rayon ictimaiyyəti ilə təşkil edilmiş görüş xüsusi əhəmiyyətə malikdir.
Qubadlının işğaldan azad edildiyi gün rayon sakinlərinin yaddaşında əbədi olaraq qalacaqdır. Çünki, ötən ilin 27 sentyabrınadək Qubadlı sakinləri ana yurdlarını öz xatirələrində yaşadırdı. Lakin Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun başladığı 44 günlük Vətən müharibəsi nəticəsində doğma yurdumuz düşməndən azad edildi. Bu gün əlçatmaz görünən xəyallar, arzular gərçək oldu. Artıq Qubadlı rayonu azaddır və burada aparılan bərpa-quruculuq işləri nəticəsində rayon sakinləri tezliklə öz yurdlarına qayıdaraq yaşayıb, yaradacaqdır.
Qubadlının azad edilməsi Vətən müharibəsinin taleyini həll edən ən əsas amillərdən biri oldu. Belə ki, Qubadlıdan sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdi. Bununla da Gorus-Şuşa-Kəlbəcər-Qubadlı arasında yerləşən, strateji baxımdan çox əhəmiyyətli olan, təbii resurslarla zəngin, Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayan Laçın dəhlizi nəzarətə götürüldü və Şuşa azad olundu.
30 ilə yaxın işğal dövründə düşmən digər rayonlarımızda olduğu kimi Qubadlı rayonunu da viran etmişdir. Lakin, qələbəmizdən sonra Prezident İlham Əliyevin oktyabrın 25-də imzaladığı “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncamda da Qubadlının təbiəti, tarixi keçmişinin nəzərə alınması dövlət başçısı tərəfindən xüsusi diqqətdə saxlanılıb. Bu barədə cənab Prezident rayon ictimaiyyəti ilə görüşündə də bildirmişdir: “Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.”
Aysel Mənsimova - politoloq

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır