Sabiq nazirin şirkəti yarım milyonluq tender uddu
Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə elan etdiyi müsabiqənin qalibini açıqlayıb.
Qalib şirkət “İmprotex Trucks and Buses” MMC-dir. Xəzər MKTB ilə şirkət arasında imzalanan müqavilənin maliyyə dəyəri 457 151.35 AZN-dir.
“İmprotex Trucks and Buses” MMC 1 dekabr 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 220 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşən MMC-nin qanuni təmsilçisi Abdullayev Məhəmməd Fərid Azər oğludur.
“İmprotex Trucks and Buses” MMC “İmprotex” Şirkətlət Qrupuna daxildir. “İmprotex” isə keçmiş nazir Füzuli Ələkbərova məxsusdur.
İyun ayının əvvəllərində “İmprotex” Şirkətlər Qrupu nizamnamə kapitalının azaldığını elan edib. Bəzi iddialara görə, şirkət bağlanmaq təhlükəsi ilə üzləşib. Bildirilir ki, şirkətin fəaliyyətində qanunsuzluqlar aşkarlandığı üçün yoxlamalar aparılır. Mediada yayılan məlumatlara görə, hətta Füzuli Ələkbərova məxsus Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən dayanacaq bağlanıb.
Bundan başqa, “İmprotex” Şirkətlər Qrupuna daxil olan “İmprotex İndustruies” MMC məhkəməyə verilib. İddiaçı “EVIM Construction” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə yaranmış mübahisələrdir.
Belə bir vəziyyətdə Füzuli Ələkbərova məxsus şirkətin yarım milyonluq tenderin qalibi olması maraqlıdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır