İqtisadi göstəricilər ümidvericidir
Adətən iqtisadiyyat statistikanın dili ilə “danışır”. Iqtisadi göstəriciləri düzgün dəyərləndirildikdə iqtisadiyyat haqqında obyektiv təsəvvür formalaşdırıla bilir. Ölkə iqtisadiyyatını təhlil etmək və iqtisadi inkişaf meyllərinin dəyərləndirmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklər araşdırılmalıdır. Azərbaycanda milli iqtisadiyyatının şəffaf olması, bu sahənin liberallaşması, həmçinin iqtisadiyyatın şaxələndirilməsi (diversifikasiyası) onun normal inkişafını təmin edir.
Dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biri müştəri məmnuniyyətinin təmin olunmasıdır. Azərbaycanda fəaliyyət göstərən banklar və bank olmayan maliyyə təşkilatlarında nağd pul avadanlıqları yenilənmiş, 1, 5 və 50 manatlıq əsginaslara uyğunlaşma prosesi isə başa çatmaq üzrədir. Aparılan düzdün iqtisadi siyasət nəticəsində texniki problemlər aradan qaldırılmışdır.
Ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunluşdırılması məqsədi ilə, 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan maliyyə təşkilatları məlumatlandırılmış, müvafiq pul nişanları ilə təmin edilmiş və uyğunlaşma prosesi həyata keçirilməyə başlanılmışdır.
Məlumdur ki, Azərbaycan və Türkiyə arasında mövcud olan iqtisadi münasibətlər hər iki ölkənin maraqlarına xidmət edir və bu münasibətlər kifayət qədər tükənməz imkanlara malikdir. Ikinci Qarabağ müharibəsindəki Zəfərdən sonra bölgədə yaranmış reallıq, qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivlər meydana çıxmışdır. Belə ki, bu ilin may ayının 29-da Prezident İlham Əliyev Cəbnabları Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən, ölkələrimiz arasındakı əməkdaşlığın strateji cəhətdən mühüm əhəmiyyət kəsb etdiyini və iqtisadyyat sahəsində olan qarşılıqlı əlaqələrin vacibliyini gündəmə gətirmişdir.
Azərbaycanda idarəetmə sahəsində infrastrukturun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi inkişafdan xəbər verən əsas göstəricilərdən biridir. May ayının 28-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş İqtisdiyyat Nazirliyin yeni binasının memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti əslində ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir. Eyni zamanda, bu Azərbaycanın regionda lider ölkə olduğunu bir daha təsdiq edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır