Ədalətsiz bölgünün çökdürdüyü İQTİSADİYYAT - Milyonlar ayrılan METRO, AZAL, MİLLİ AVİASİYA...
"Ötən il pandemiya dövründə istifadə olunan vəsaitlərin böyük qismi AZAL, Bakı Metropoliteni və Milli Aviasiya Akademiyasına yönəldilib”.
Yenicag.az xəbər verir ki, bunu pandemiya dövründə büdcə vəsaitinin daha çox xərcləndiyi sahələri təhlil edən iqtisadçı Qubad İbadoğlu deyib.
İqtisadçı bildirib ki, mövcud durumda vətəndaşlar yeni iş yeri tapmaqdan deyil, çalışdıqları iş yerinin bağlanmasından əziyyət çəkirlər:
“Dünyada və ölkəmizdə pandemiya dövrü rəsmi olaraq davam etməkdədir. Bu dövr ərzində zərərə uğrayan sahibkarlara, mikroiqtisadi və makroiqtisadi sabitliyə, o cümlədən iş yerini itirən vətəndaşlara əlavə ödənişlər ödənilməyib. Çünki sosial müdafiə sistemi yarıtmaz haldadır. Ölkədə muzdla işləyən 250 min nəfərə əməkhaqqının ödənməsi üçün vəsait 245.9 milyon manat təşkil edib. Lakin AZAL-ın 2 min işçisi var və bu şirkətə 215.5 milyon manat verilib. Bu, olduqca ədalətsiz bölgüdür. Eyni zamanda pandemiya dövründə heç bir təhsil müəssisəsi birbaşa dəstək almadığı halda, Milli Aviasiya Akademiyasına 15 milyon manat vəsait ayrılıb.
Bununla yanaşı, artıq müharibənin bitməsindən 7 ay keçir. Müharibə əlilləri və qazilər hələ də pensiya təyinatını gözləyirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı anti-sosial siyasətə görə dövlət büdcəsində 300 milyon manata yaxın qənaət yaranıb. Bu qənaət sosial müavinətə ehtiyacı olan insanlar üçün çətinliklər yaradıb. Problemin qarşısını almaq üçün müstəqil fəaliyyət göstərən Mərkəzi Bank, Maliyyə Nazirliyi və eyni zamanda vətəndaş cəmiyyətinin formalaşdırılmasına ehtiyac var”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır