Gürcü bankının Azərbaycandakı törəməsi olan “TBC Kredit”də nələr baş verir? - İDDİA
Azərbaycanda 1999-cu ildə fəaliyyətə başlayan “TBC Kredit” MMC bank olmayan kredit təşkilatıdır.
Əslində çoxları bilməsə də bu bank olmayan kredit təşkilatı xarici bankın ölkəmizdəki törəməsidir.
Daha də qəqiq desək, qonşu Gürcüstanda fəaliyyət göstərən, qərargahı Tbilisi şəhərində yerləşən universal gürcü bankı olan TBC-nin törəməsidir.
1992-ci ildə yaradılan TBC Bank-ın adı da Tbilisi Bank Mərkəzi ( Tbilisi Bank Center) ilə əlaqəlidir.
Azərbaycandakı TBC Kredit Azərbaycan bazarında 1999-cu ildən fəaliyyət göstərir və kiçik və orta müəssisələrin rəqabətə davamlığını artırmaq üçün imkan yaratmaq və daha güclü biznes praktikasını inkişaf etdirmək, orta gəlirli şəxslərin yaşayış standartlarını yaxşılaşdırmaq üçündür.
Və 2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankının lisenziyasını almışdır.
TBC Kredit biznes kreditləri (mikro və kiçik müəssisələr), ipoteka kreditləri, ev şəraitinin yaxşılaşdırılması kreditləri, istehlak kreditləri təklif edir.
TBC Kreditin Azərbaycanda baş direktoru uzun müddət gürcü Spartak Tetraşvili olub.
2 ay öncə onu birinci müavini Əjdər Əliyev əvəz edib. Yəni hazırda baş direktor Əjdər Əliyevdir.
Əjdər Əliyev Bakıda Qərb Universitetində Biznes İnzibatçılığı üzrə və Amerika Birləşmiş Ştatlarında Urbana-Şampeyn İllinoys Universitetində Beynəlxalq Maliyyə üzrə Magistr dərəcəsini alıb. O, həmçinin iqtisad elmləri namizədidir.
“TBC Kredit” BOKT ( Bank Olmayan Kredit Təşkilatı) 10 milyon dollar nizamnamə kapitalına sahibdir.
Sözün düzü, TBC BOKT-un kütləvi informasiya vasitələrində uğurlu bir layihəsinə rast gəlmədik. Qurumla bağlı hansısa bir müsbət fikr, yaxşı rəy yoxdur. Sanki bu qurum neçə illərdir ki, “kölgədə” fəaliyyət göstərib.
Yeri gəlmişkən, BOKT-un ofisi Çay fabrikinin yanındadır. Və Bakıda qurumun xeyli filialı var.
TBC-yə müraciət edən şəxslərin fikirlərinə görə, qurum müraciət edənləri günlərlə, bəzən aylarla süründürür, müştəriləri aldadır. TBC-də bəzi azərbaycanlı məmurların, oliqarxların böyük kapitalı “dövr edir”.
Görəsən TBC-nin neqativ fəaliyyəti barədə, quruma 21 il əvvəl lisenziya vermiş Milli Bankın, hazırda Mərkəzi Bankın rəhbəri olan Elman Rüstəmovun xəbəri varmı ?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//gundelik-baku.com//

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır