“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…
"Biabırçılıqdır, indi məlum olur ki, məcburi köçkünlərdən 5 manatı Kapital Bank tutub, həmin pul “Yaşat” Fonduna getsəydi, yenə qazilərimizə fayda dəyəcək deyə düşünüb, dözmək olardı.
Deməli, hər il Kapital Bank kart istifadəçilərindən 5 manat götürürmüş, bu ilə qədər həmin məbləği məcburi köçkünlərə görə QaçqınKom büdcədən ayrılan vəsaitdən ödəyib, bu ildən isə həmin xərci kart sahiblərinə yönəldib”.
Reportyor.info-nun məlumatına görə, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu söyləyib.
Onun sözlərinə görə, təxminən 600 minə qədər məcburi köçkün kartla çörək pulu alır: “Bu o deməkdir ki, hər il 3 milyon manata qədər (600 000 x 5 manat) vəsait Kapital banka ödənilib.
Bu il isə həmin məbləği məcburi köçkünlərdən çıxardırlar. Məcburi köçkünlər də səsini çıxartmasınlar deyə, onları aldadırlar ki, deyirlər ki, danışmayın 5 manatı “Yaşat” Fonduna tuturuq, qazilərə xərclənəcək.
Bununla əlaqədar 2 xüsusi qeydim vardır.
1) ABŞ-da, Avropda, Türkiyədə bir çox banklar kartdan istifadəyə görə ödəniş haqqı tutmur. Əksinə, həmin banklar kredit kartdan istifadə etdikcə, bank xərcləmələrin 1-5 faizinə qədərini əlavə olaraq hesablayıb kart sahibinə qaytarırlar.
2) Bildiyim qədər Azərbaycanda da kartları pulsuz verən banklar vardır. Onda sual olunur, nədən məcburi köçkünlərə, pensiyaçılara kart mütləq Kapital bankdan verilməlidir?
Sizi intizarda saxlamamaq üçün bu sualın cavabını da özüm verirəm. Çünki, Kapital bankın səhmlərinin 99.87 faizi “Paşa Holdinq”-ə məxsusdur”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır