"Mərkəzi Bank bu sahəni inkişaf etdirmək əvəzinə bina təzələyir" - İTTİHAM
Azərbaycan elektron ticarət üzrə ötən illə müqayisədə 2 pillə geriləyib.
KONKRET.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu elektron ticarət sahəsində Azərbaycanın geriləməsinin səbəblərinə aydınlıq gətirib.
Onun sözlərinə görə, elektron ticarət sahəsində MDB ölkələri arasında lider Belarusdur:
“BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) son hesabatına görə, Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 65-ci olub, ölkəmiz bu göstərici üzrə əvvəlki illə müqayisədə 2 pillə geriləyib. UNCTAD reytinqin hazırlanması zamanı ölkədə internetdən istifadə vəziyyəti, bank xidmətlərinə əlçatanlıq, mobiil ödəniş sistemləri, təhlükəsiz serverlər, internet mağazaların sayı, poçtun, çatdırılma xidmətinin vəziyyəti, bağlamaların çatdırılma vaxtı kimi göstəricilər üzrə qiymətləndirmələr aparıb. Elektron ticarət sahəsində MDB ölkələri arasında lider Belarusdır.
Reytinq cədvəlində Belarus 35-ci, Rusiya 41-ci, Gürcüstan – 47-ci, Ukrayna – 51-ci, Moldova – 53-cü, Qazaxıstan – 60-cı, Ermənistan – 84-cü yerdədir.
Digər beynəlxalq hesabatda internetin bağlanmasından ən çox xərcə düşən ölkələr arasında Azərbaycan dünya üzrə 5-ci olub. Ötən il bu səbəbdən ölkəmiz 123 milyon dollar itirib. Maraqlıdır ki, Belarus da eyni problem üzrə 336 milyon dollar ziyana düşməsinə baxmayaraq, elektron ticarət reytinqində MDB-də üstünlüyünü mobil ödəniş sistemləri, bank və poçt xidmətinin keyfiyyəti və sürəti hesabına saxlaya bilib. Azərbaycanda isə Mərkəzi Bank bu sahəni inkişaf etdirmək və ölkəni rəqəmsal iqtisadiyyat üçün vacib olan elektron ticarətin inkişafı sahəsində önə çıxarmaq əvəzinə inzibati binasını təzələmək fikrinə düşüb”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır