SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Qorxmaz Hüseynovun “tender oyunları” davam edir

Qorxmaz Hüseynovun “tender oyunları” davam edir

Tarix:

18-02-2021, 11:19

/ 716 dəfə oxundu.
Qorxmaz Hüseynovun “tender oyunları” davam edir

Azərsu” ASC növbəti dəfə “Dövlət satınalmaları haqqında” Qanununun tələblərinə cavab verməyən şirkətlə müqavilə bağlayıb.

Reportyor.info xatırladır ki, bundan əvvəl “İRZS MOTORS” MMC ilə 768 min manatlıq müqavilə imzalamışdı. Araşdırmalarımız zamanı bəlli olmuşdu ki, bu şirkət “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə cavab vermir. Sözügedən Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 1 il əvvəl yaranan bu şirkətin qanunda göstərilən təcrübəyə malik olması şübhəlidir. Qanunun 6.2.6. bəndinə görə, şirkətin 5 illik təcrübəsi olmalıdır. “İRZS MOTORS” MMC isə 8 yanvar 2020-ci il tarixdə yaradılıb. Yəni, şirkət cəmi bir ildir fəaliyyət göstərir.
Bu dəfə isə “Azərsu” ASC fiziki şəxs Şahin Faiq oğlu Həsənovla müqavilə bağlayıb. Maliyyə dəyəri 278 305.64 AZN olan müqavilədə metal məmulatlarının satın alınması nəzərdə tutulur.
Açıq mənbələrdə Şahin Həsənov haqqında hər hansı məlumat yoxdur. Araşdırmalarımız zamanı isə bəlli olub ki, adıçəkilən sahibkarın vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin (Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması) tələblərinə görə vergi borcu olanın satınalma müqaviləsinin bağlanması qanunsuzdur.
“Azərsu” ASC-nin daha bir şübhəli tender müqaviləsi “Azermech” MMC ilədir. Bu müqavilənin məbləği 3 534 431.58 AZN-dir. MMC bu vəsaitə “Azərsu”nu drenaj və hidrofor tipli nasoslarla təmin etməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Azermech” MMC 9 noyabr 2014-cü ildə yaradılıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qaibov küçəsi, ev 10P-də yerləşir. MMC-nin qanuni təmsilçisi Serhat Bican Düzgündür.
Maraqlıdır ki, “Azermech” MMC fəaliyyət göstərdiyi 6 il ərzində iki dəfə tender qazanıb. Hər ikisində sifarişçi “Azərsu” ASC olub.
Açıq mənbələrdə “Azermech” barədə hər hansı məlumat olmasa da, onun qanuni təmsilçisi Serhat Bican Düzgünün “Linkedin” hesabında adıçəkilən MMC-nin Rusiyanın “KSB” şirkətinin rəsmi təmsilçisi olduğu qeyd edilib.

Şərhlər

XƏBƏR LENTİ