SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Səhiyyə Nazirliyi ilə cinayət törətmiş şəxsin şirkəti arasında milyonluq müqavilə - Tender oyunları

Səhiyyə Nazirliyi ilə cinayət törətmiş şəxsin şirkəti arasında milyonluq müqavilə - Tender oyunları

Tarix:

17-02-2021, 16:05

/ 703 dəfə oxundu.
Səhiyyə Nazirliyi ilə cinayət törətmiş şəxsin şirkəti arasında milyonluq müqavilə - Tender oyunları

Bakı Şəhər Baş Səhiyyə İdarəsi bu gün məbləği 1 milyon 547 min 906 manat məbləğində 4 satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, müqavilə tərəfləri "AF UNİON”, "BİKARDİ 2020", "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" və "AVANQARD-AN SERVİS" MMC-lər olub.

2 manatlıq şirkətlə 260 min manatlıq müqavilə

Məbləği 259 min 965 min manat 80 qəpik olan maşın və avadanlıqların satınalınması müqaviləsi AF UNİON MMC ilə bağlanıb.

Müqavilənin şərtlərinə görə, 1 ədəd notebook (UMAi5-1021ou /RAM 8GB1D DDR4 2666/SSD 512GBM.2PCleNVMe /15.6 fhdaguwva250hd/2gb vga/Clikpad withnumeric keypad/ Intel Wi-FI 6 AX201ax2x2 MU-MIMO nvP+BT5/ Pike Silver Aluminum/ FPS/ W10p64/ 1yw win10 pro / Office 365 E5), 1 ədəd Scanner canJet Enterprise Flow N9120 fn2 Document Scanne, 70 ədəd printer 4x1 (A4/38ppm/1200x1200dpi/LCD/USB 2,0 printinq port/ 512MB/Duplex printing/ ADF Flatbed/ RADF/ Wi-Fİ/), 100 ədəd PC (İntel Core i5 9500 3,60GHZ/ 16GB(2x8) DDR4 2666MHz / SSD 512GBM.2PCleNVMe/ nVidiaGT10302GB/10/100/1000Mbps/ 180W/USBKeyboard, maus / win10 pro / Office 365 E5 5), 100 ədəd monitor (21,5(54,6sm) İPSw /LED Backlight/16:9/ 1920x1080(FULL HD) /60HZ /300cd/ m2/ 5ms/ VGA /hdmi/3 year), 1 ədəd monoblok (Corei5-10gen/ Ram 8 GbDDR4 2666(1x8GB)/ SSD 512GBM.2PCleNVMe/nVidiaGT10302GB/dvdrw/LCD19,5 LED FHDUWVA AG ZBD/ Free Dos 2.0/ White wired USB KB(Katydid)/ Touch Snow White/ a/b/g/n/ac1x1+BT(Chopard)/win10 pro / Office 365 E5) 62 ədəd printer (A4 LazerJet/ 38ppm/1200x1200dpi/ USB 2,0 printinq port/ 256MB/ Wi-Fİ/Ehternet 62), 100 ədəd UPS (UPS /2000VA/1200Watts/ 162-290VAC/12V9Ahx2 /(4)SchukoCEE7/ LED İndicators/DSL(1input/1output/)USB/win10 pro /) tədarük olunacaq.

AF UNİON MMC-nin fəaliyyəti ilə bağlı internet resusrlarında məhdud informasiya var. Amma 2020-ci ildə Maliyyə Nazirliyi (204177.76 AZN) və Kənd Təsərrüfatı Nazirliyinin (27709.94 AZN) keçirdiyi tenderlərin qalibi olub.


Şirkət 2017-ci ildə yaradılıb. 2 manatlıq nizamnamə kapitalına malik şirkətin hüquqi ünvanı Cəlilabad rayonu, Göytəpə Ş, O.Eynullayev, ev 58, m. 08-dir. Qanuni təmsilçisi isə Anar Zakir oğlu Ağayevdir.

Tender mafiyası iş başında

Məbləği 193 min 465 manat olan yeməkxana və mətbəx ləvazimatlarının satınalınması müqaviləsi "BİKARDİ 2020" MMC ilə bağlanılıb.
Müqavilənin şərtlərinə görə, 3000 ədəd sadə cəngəl, 200 ədəd aşsüzən (aliminium), 2000 ədəd sadə su stəkanı, 3000 ədəd sadə xörək qaşığı, 500 ədəd ləyən (plasmas qapaqlı), 3000 ədəd sadə çay qaşığı, 300 ədəd sadə bıcaq, 500 ədəd mətbəx bıcaqı, 500 ədəd kiçik mətbəx bıcaqı, 5500 ədəd müxtəlif ölçülü konteyner, 1000 ədəd vedrə (plasmas qapaqlı – 10 litr), 500 ədəd ləyən (plasmas qapaqsız), 100 dəst mətbəx dəsti (bıcaq 2, qayçı, kartof təmizləyən), 300 ədəd vedrə emallı (10 litr), 200 ədəd emallı ləyən (100 ədəd 16 litr və 100 ədəd 12 litrlik), 100 ədəd qənd qabı, 100 ədəd dəm çayniki, 2000 ədəd nəlbəki, 1000 ədəd böyük və kiçik çörək qabı, 500 ədəd ləyən (plasmas qapaqsız d42), 14000 ədəd boşqab, 1500 ədəd kasa, 20 ədəd çaynik elekririk (1,7l), 100 ədəd aliminium qazan (40l), 500 ədəd ləyən (plasmas qapaqlı d 44) tədarük olunacaq.

Qeyd edək ki, "BİKARDİ 2020" MMC 26.08.2020-ci ildə yaradılıb. 10 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Aygün Ağaqulu qızı Şotiyevadır.

Yəni şirkət müsabiqə elanından 2 ay əvvəl yaradılıb. Müsabiqə ötən ilin oktyabr ayının 20-də elan edilib.

"Bikardi 2020” MMC-nin qanuni təmsilçisi Şotiyeva Aygün Ağaqulu qızı bir gün sonra – 27.08.2020-ci il tarixində eyni ünvanda – Xəzər rayonu, Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2-də daha bir şirkət – "Savelli Holdinq” MMC-ni də qeydiyyatdan keçirib.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi iki ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Problemsiz görünən müqavilə

Məbləği 94 min 732 manat 76 qəpik olan mətbəə məhsullarının satınalınması müqaviləsi məşhur "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" MMC ilə bağlanıb.
Müqavilənin şərtlərinə görə, səhiyyə müəssisələri üçün vacib olan 500 min ədəddən çox müxtəlif mətbəə məhsulları tədarük olunacaq.

Cinayətkarın şirkəti

Məbləği az qala 1 milyon manata yaxın olan dəftərxana və təsərrüfat mallarının satınalınması müqaviləsi isə "AVANQARD-AN SERVİS" MMC ilə bağlanıb.
Maraqlıdır ki, MMC-nin 999 min 743 manat 20 qəpiyə hansı malları səhiyyə idarəsi üçün tədarük edəcəyi açıqlanmayıb. Əlavə bölümdə liftlərə texniki xidmət göstərilməsinin satınalması şərtləri əksini tapıb.

Qeyd edək ki, 10 manat nizamnamə kapitalına malik "AVANQARD-AN SERVİS" MMC 01.02.2018 tarixində yaradılıb. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 4 mkr, ev 26, m. 8, qanuni nümayəndəsi isə Rzaquliyev Elvin İlqar oğludur.

Qeyd edək ki, şirkətin 9821 manat 62 qəpik vergi borcu da var. Vergi borcu olan şirkətlə satınalma müqaviləsinin bağlanması movcud qanunvericiliyə zidddir.

Qlobal.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Elvin Rzaquliyevin adında daha 3 şirkət də var. Risno-CMN MMC, "ASCARİ-CMN” və "VERTU-CMN” MMC-lər. Hər üç MMC 2018-ci ilin fevral ayının 1-də qeydiyyata alınıb. Hər üç MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, 4-cü mkr, ev 26, mənzil 8-dir.
Elvin Rzaquliyevin adına olan şirkətlər davamlı olaraq dövlət satınalmalarında qalib gəlir.

Əslən Ağdam rayonundan olan Rzaquluyev Elvinin Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov 42 ünvanında qeydiyyatda olmasına baxmayaraq, onun adına olan şirkətlər Sumqayıt şəhərində qeydiyyata alınıb.

İnternetdə isə Rzaquluyev Elvin İlqar oğlu barəsində ilginc məlumatlara rast gəlinir. Hətta onun müəyyən şəxslərlə hansısa anlaşma müqabilində "tender oyunu”nda razılaşdığı da ehtimal edilir. İnternetdə yayılan məlumatlara gəlincə, məsələn, "Olaylar” İnformasiya Agentliyi 2013-cü ilin 27 iyununda "Bakıda quldur dəstəsi yaxalandı” başlıqlı xəbərdə yazır:

"Bakı şəhər sakininə qarşı quldurluq etmiş şəxslər tutulub. Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 26-da Xətai rayonu Babək prospektində Bakı şəhər sakini Ramil Quliyevə məxsus "Opel” markalı avtomaşına oturmuş 5 naməlum şəxs onu boğmağa cəhd göstərib, döyərək pul verməsini tələb ediblər. Ramil pulunun olmadığını dedikdə isə düşərək gediblər. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı səhər sakini Elvin Rzaquliyev, Neftçala rayon sakini Cavid Quliyev, Cəlilabad rayon sakini Fərid İslambəyli, Lənkəran rayon sakini Araz Rüstəmli və Yevlax rayon sakini Rövşən Əliyev tutulublar. Fərid İslambəylinin və Elvin Rzaquliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Elvinin qardaşı İlkinlə birgə iyunun 24-də Xaqani bağında Bakı şəhər sakini Emil Hüseynovu bıçaqla hədələyib içərisində mobil telefonu, qol saatı, 10 manat pulu və şəxsiyyət vəsiqəsi olan pul kisəsini aldıqları da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzaquliyev tutulub. Faktla əlaqədar Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır”. (http://olaylar.az/news/kriminal/45962)

Bakı Apelyasiya Məhkəməsinin bazasından əldə etdiyimiz məlumatda isə (iş nömrəsi: 1 (103)-1257/14 BACM) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə (maddə 177.2.1 – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; maddə 181.2.1 – (eyni əməllər) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; maddə 181.2.2 – təkrar törədildikdə; maddə 181.2.4 – insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə; maddə 181.2.5 – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə və maddə 326.1 – rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) təqsirli bilinən Rzaquluyev Elvinin 2014-cü ilin oktyabr ayında Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Həsən Hüseyn oğlunun qərarı ilə cəza müddətinin 4 il 6 aya endirildiyi bildirilir.

Rzaquluyev Elvin barəsində olan növbəti xəbər isə olduqca ciddi məqamlardan xəbər verir. Belə ki, "Azvision.az” saytının 2018-ci ilin 26 fevral tarixində "Bakıda quldurluq edən qardaşlar saxlanıldı” başlıqlı xəbərdə deyilir: "Bakıda quldurluq əməli törətmiş 2 nəfər tutulub. AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 16-da Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Ağdam rayon sakinləri, əvvəllər məhkum olunmuşlar İlkin Rzaquluyev və qardaşı Elvin saxlanılıblar”.

"Azvision.az” saytında gedən xəbərin tarixinə diqqət yetirdikdə məlum olur ki, Rzaquluyev Elvin 1 fevral 2018-ci ildə 4 MMC-ni təsis etdikdən 25 gün sonra saytın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi xəbərdə qeyd olunan cinayət hadisəsini törədib.

Burada digər maraqlı məqam isə 2018-ci ilin fevral ayının 26-da cinayət əməllərinə görə polis orqanı tərəfindən həbs edilən Rzaquluyev Elvinin rəhbəri olduğu şirkətin 1 ay 5 gün sonra – 2018-ci ilin aprel ayının 5-də Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin 7 lot üzrə katirovkasının qalibi olmasıdır.

Şərhlər

XƏBƏR LENTİ