SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Avtomobil bazarını BÖHRANA SOXAN GÖMRÜK QAPILARI... - Bir daha elektromobillər haqqında...

Avtomobil bazarını BÖHRANA SOXAN GÖMRÜK QAPILARI... - Bir daha elektromobillər haqqında...

Tarix:

11-12-2020, 13:01

/ 935 dəfə oxundu.
Avtomobil bazarını BÖHRANA SOXAN GÖMRÜK QAPILARI... - Bir daha elektromobillər haqqında...

"Avtomobil bazarında vəziyyət daha da acınacaqlıdır. Qısa araşdırma aparmaqla vəziyyətin əslində, necə olduğunu açıq şəkildə görmək mümkündür". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Məsələn, 5 min ABŞ dolları məbləğindəki avtomobil üçün 1672.53 manat gömrük rüsumu ödənilməlidir ki, bu da avtomobilin ümumi dəyərinin 20 faizi deməkdir. Yəni gömrük orqanları heç bir xərc çəkmədən hansısa xarici şirkətin öz istehsal etdiyi elektromobilin gəlirindən daha çox vəsait qazanır. Bu, avtomobilə görə istehsalçı şirkətin invoys-rəsmi bank sənədinə görə hesablanmasıdır. Gömrük Komitəsinin isə həmin rəsmi invoysları qəbul etmədiyi, özünün invoys tətbiq etdiyini nəzərə alsaq, ödənilməsi tələb olunan vergi avtomobil zavod dəyəri ilə eyni olur. Yəni 5 min dollara avtomobil almısınızsa, onu ölkəyə gətirmək üçün, təxminən, o qədər də Komitəyə verməlisən.

Elektromobil məsələsi isə gpmrüyühn ən ağrılı yeridir. Diqqət yetirin, Səfər Mehdiyev nədənsə bu sahədə fərqli düşünür. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ayrı-ayrı yetkililəri elektromobillərə üstünlük verilməsi barədə çağırışlar etsə də, DGK rəıhbərliyi israrla qanunvericiliyə bununla bağlı əl gəzdirilməsini önləmiş oldu. Təbii ki, burada Səfər Mehdiyevin daha çox pul qazanma təşəbbüsləri aşkar şəkildə hiss olunandır".

DİA.AZ bildirir ki, dünən bu məsələyə yerli KİV-də də toxunulub.

"Azərbaycanda elektromobil bazarının inkişafı birbaşa olaraq mövcud gömrük qanunvericiliyinin təkmilləşdirilməsindən asılıdır". Bunu apa-ya açıqlamasında avtomobil bazarının eksperti Ziya Mahmudov deyib.

Onun sözlərinə görə, hazırda daxili bazarda yeni hibrid və elektromobillərə olan qiymətlərin yüksək olmasına səbəb məhz qanunvericilikdə olan müəyyən məqamlardır ki, bu da, öz növbəsində, istehlakçı tələbatının azalmasına gətirib çıxarır.

"Təəssüf ki, yerli gömrük qanunvericiliyi elektromobillərin ölkəyə idxalına dair məsələlərdə bir qədər qeyri-müəyyəndir. Bu gün hüquqi şəxs, yəni şirkət ölkəyə elektromobil idxal edərkən yalnız 15% gömrük vergisi ödəyir. Elektromobili gömrükdən keçirərkən ƏDV ödəmir. Lakin əgər həmin hüquqi şəxs elektromobili satırsa, o, mütləq qiymətə ƏDV-ni əlavə etməlidir. Bu vəziyyət tam deməyə əsas verir ki, qanunvericilik rəsmi idxalçını deyil, "boz bazar" iştirakçısını stimullaşdırır", - deyə Z. Məmmədov qeyd edib.

Ekspert əlavə edib ki, bu gün istənilən şəxs öz adına elektromobili ölkəyə gətirir, 18% gömrük vergisini ödəmədən, sadəcə etibarnamə ilə bu avtomobili ikinci şəxsə satır: "Qanunla işləyən rəsmi idxalçı isə belə hala, əlbəttə, yol verə bilməz. Hüquqi şəxs həm avtomobil idxal edir, həm də ƏDV-ni qiymətə əlavə etməlidir. Hesab edirəm ki, elektromobil bazarının inkişafına töhfə verəcək addım ölkəyə gətirilən bütün elektromobillərin ƏDV-dən azad edilməsi olardı. Əfsus ki, yaxın gələcəkdə bu istiqamətdə pozitiv addımların atılacağı gözlənilmir".

DİA.AZ bildirir ki, əslində ekspertin ehtiyyatla eyham etdiyi məqam sırf olaraq Səfər Mehdiyevin yuxarıda vurğuladığımız absurd inadkarlığı ilə əlaqədardır. Hər halda dövlətin müvafiq qurumları bu məsələdə vətəndaşı, ələlxüsus da ekoloji durumu mütləq nəzərə alacaq. Gec də olsa...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ