"Kart açdıranda "Kapital Bank" seçiminiz olmasın..." - GİLEY
"Şikayəti normalda şirkətlərin özlərinə edirəm, amma bu dəfə yazmaq istədim ki, kart açdıranda "Kapital Bank" seçiminiz olmasın". DİA.AZ bildirir ki, bunu Bakı sakini Səbinə Üzeyir sosial şəbəkələrdə paylaşdığı şikayətində bildirib.
Daha sonra narazı vətəndaş yazır: "1 ildir istifadə edirəm və hər gün bir problemlə rastlaşıram, sonuncunu deyəcəm. Kartım- Visa Trio Platinium.
Western Unionla online pul göndərirdim. 3d secure codu nömrəyə göndərilmədi və mobil vasitə bloklandı. Səhəri gün zəng etdim onlara və dedilər ki, kartınız bloklanmayıb, mobil vasitə niyə elə olub bilmirik(?) 3d secure nömrədə işləmirsə arxadakı xarici ölkələr üçün nömrəyə zəng edib mailə keçirin (yola verib vaxt qazanma) və başqa kartımın bloklandığını dedilər. Mən hər zamanki kimi göndərmə limitini 10 dəfə dəqiqləşdirib söndürdüm. Axşam yenə o prosseduru sınadım, 3d secure aktiv idi, bu dəfə limiti keçirsiniz deyə cancel olundu. Halbuki limitdən 2 dəfə az idi. Beləliklə pulu yenə göndərə bilmədim. Hər gün başqa bir səbəblə online shopping edə və pul göndərə bilmirəm. Bu hadisələr tez tez olur. İşçilər nəsə həll etməyə qorxaq və bilgisizdi. Mobil vasitə problemlidir, durduq yerə kartlar bloklana bilir və ya müvəqqəti istifadəyə yararsız olur. Onlara hər ay 10 dəfə zəng etməkdən bezmişəm.
Nə demək istəyirəm: Sabah zəng edib şikayətimi və məsələni aydınlaşdıracam, ancaq yenidən təkrarlanacağını bilirəm. Əsas məsələ isə ölkə xaricinə çıxacaqsınızsa, kart seçimində 2ci dəfə fikirləşməyinizi tövsiyyəm edirəm, çünki mənim kimi əsəbləriniz gərilsin istəmərəm".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... 

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır