Yeni qaydalar dəyişməsə otellər bağlanacaq - PROBLEM
Azərbaycanda otellərin fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi yeni qaydalar həddən artıq sərtdir. Burada nəzərdə tutulan tələblərə əməl etmək praktiki olaraq mümkün deyil və otellərin xərclərini kəskni artıracaq. Qaydaların bu formada tətbiqi nəticəsində ot ellərin bağlanması və ya ümumiyyətlə açılmaması labüddür.
FED.az xəbər verir ki, bu barədə turizm üzrə mütəxəssis, «New Baku Hotel»in idarəçisi Ceyhun Aşurov bildirib.
Cənab Avşurov yazır:
«Nazirlər kabinetinin 8 avqust 2020 cil il tarixli 287 nomreli-"A.R.da Mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları " haqda qərarı biz oteliyer və turizmçiləri doğurdan da çətin dilemma qarşısında qoyub. Təbii ki qonaq qəbulu üçün turizmçilər mutləq qaydada sanitar gigiyenik ve s. qaydalara(ara məsafə ,maska,dezinfeksiya...) ciddi riayət etməlidirlər. Lakin bu qaydalarda nəzərə almaq lazımdır ki, mehmanxa(müəssisələrə) və turistlərə əlavə agır maliyyə yükü yaranmasın.
Qisacası: Agır şərtlərdən biri də mehmanxananın oz vəsaiti hesabına butun əməkdaşlarının heftede 1 defe (ayda 4defe) COVİD testinden keçirilməsi. (Testin qiyməti texm.100 azn olarsa və 20 işçisi olan bir mehmanxana ayda 8000 azn ödəniş etməlidir) 4.14.2
Eyni zamanda mehmanxanaya gələn/gələcək , son 48 saat ərzində COVİD -19 testi nəticəsi neqativ olması barədə arayışı olmayan qonaqlar mehmanxanaya qəbul edilmirlər...(4 neferlik bir aile olarsa bu da texm. 400 azn testə odeməlidir...2-3 gün qalsa belə..) 11.1.11 Çox maraqlıdır bu qaydalar üçün təkliflər neçə irəli sürulüb və formalaşıb. Axı doğurdan da bu qaydalar tam olaraq tətbiq olunarsa bir çox qonaqlar Otellərdə qalmaqdan imtina edəcəklər və evlərdə qeydiyyatsız da olsa daha ucuz qiymətə qalacaqlar.
Bu ağır xərclərlə isə inanmıram mehmanxanalar uzun müddət tab gətirə bilsin. Ümid edək ki, yeni qaydaların tətbiqində ciddi ASANlaşma ediləcəkdir. Əks təqdirdə otellərin baglanması/açilmaması, əlavə işsizliyin artması qaçilmazdr».


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır