1 milyon manatdan çox vergi borcu olan şirkət Nazirlikdən 3 milyon manatlıq sifariş aldı - İLGİNC
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “Caspel” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az-a istinadən xəbər veririk ki, müqavilədə Texniki və elektrik mallarının, proqram təminatlarının, lisenziyaların satın alınması, quraşdırma və digər işlərin görülməsi və xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 2 milyon 754 min 140 min manatdır.
“Caspel” şirkəti 2005-ci ildə təsis edilib. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir. Azərbaycanın iri şirkətləri: banklar, restoranlar, supermarketlər “Caspel”in müştəriləridir. Beynəlxalq korporasiyalar öz filialları arasında rabitə yaratmaq üçün “Caspel”in xidmətlərindən istifadə edirlər.
Onu da qeyd edək ki, “Caspel” MMC-nin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Ceyhun Quliyevdir. Bu şirkətin 1 milyon 367 min 488 manat vergi borcu var.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır