Neftdən asılıyıq, qiyməti... DÜŞƏCƏKMİ?
London birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 45,32 dollar təşkil edir.
“İnterfaks” bu barədə avqustun 13-nə olan satış məlumatlarına əsasən xəbər verib.
Nyu-Yorkun əmtəə birjasında WTI markalı neftin bir barelinin dəyəri 0,23 faiz azalaraq, 42,57 dollar təşkil edib.
Qara qızılın qiymətinin yenidən aşağı düşməsi barədə “Sherg.az”a danışan Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban buna təsir edən səbəbləri açıqlayıb:
“ABŞ-da neft ehtiyatları azalır. Adətən belə olanda ABŞ müxtəlif addımlarla neftin qiymətini artırırdı. Lakin COVİD-19 pandemiyası Amerikaya, xüsusilə onun iki böyük ştatına-Florida və Kaliforniyaya gediş-gəlişi xeyli azaldıb. Məhz bu məqam neftin qiymətinin ucuzlaşması ilə nəticələnib”.
İ.Şaban, həmçinin gələcək aylar üçün proqnozunu da verib:
“Bazar qızışdıran elementlər olsa, qiymət artacaq. Amma istənilən halda qiymətin 40 dollardan aşağı düşəcəyini gözləmirəm. İyundan etibarən bu göstərici 40 dollardan yuxarıdır. Hətta arada 45 dollar da oldu. Yaxın aylarda da aşağı-yuxarı belə olacaq. Neftin indiki qiyməti tələb üçün normaldır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır