Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edilir
Azərbaycanda 3 məşhur brendin sahibi olan şirkət müflis elan edilir.
Banker.az-a istinadən xəbər veririk ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov 10C ünvanda yerləşən “M.Ş.” məhdud məsuliyyətli cəmiyyətinin müflis elan olunması barədə cəmiyyətin təsisçisi tərəfindən qərar qəbul olunmuş, “cəmiyyətin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.
İddia tələbi üzrə baxış iclası 05.08.2020-ci il tarixdə saat 10:00-da keçirilmiş, mülki iş baxışa təyin edilmişdir. Məhkəmə baxışının iclası 21.08.2020-ci il tarixdə saat 10:00-da Bakı Kommersiya Məhkəməsinin binasında (AZ-1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi) hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəkdir.
Bildirək ki, məşhur “Dalğa”,”Balıqçı” və “Yelkən” brendlərinin sahibi “M.Ş” MMC-dir. Müəssisə balıq istehsalı və satışı ilə məşğuldur. “Dalğa” – ilk milli balıq brendidir. İstehsal ənənəvi üsulla aparılır və məhsullar alman avadanlıqları ilə qablaşdırılır.
“M.Ş.” Tam Ortaqlı Şirkəti 18 sentyabr 2000-ci ildə dövlət qeydiyyatından keçib, 2009-cu ildə MMC statusu alıb. “M.Ş.” MMC-nin nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Məlik Məmmədov Rəfail oğludur.
Onu da qeyd edək ki, 2017-ci ildə isə şirkət 10 milyon manata satışa çıxarılmışdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır