Müştəri itkisinə məruz qalan "Express Bank"ın arxasında kim dayanır?
"Express Bank"ın hesabatında azalmalar müşahidə olunur. Bunun səbəbi isə mətbuatda yer alan bəzi neqativ yazıların olduğu istisna edilmir. Məsələn, 2018 -ci ilin sentyabr ayında ölkə başçısının vəzifədən azad etdiyi "Azərenerji"nin sabiq prezidenti Etibar Pirverdiyevdən sonra olanlar oldu, səhmlər satıldı, alındı, mətbuatda bununla bağlı onlarla yazılar çıxdı və bank müştərilərini itirməyə başladı.
E.Pirverdiyevin vəzifədən azad olmasından sonra bankın üstünə qara buludlar çöküb və bu buludların yaxın dövrlərdə dağılacağı görünmür.
Sabiq prezidentin qaynı Hikmət Xammədov "Express Bank"ın 16%-ə yaxın səhmdarıdır. E.Pirverdiyev vəzifədən azad olunanda mətbuatda onu alqı-satqı əməliyyatında H. Xammədov təmsil etdiyi bildirilsə də bu məlumat bank tərəfindən təkzib edilməmişdi. Bundan başqa H. Xammədov "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-nin 98,5 faizinin də sahibidir. Ona məxsus olan səhmlərin sayı isə 375,124 ədəd olub.
E.Pirverdiyevin vəzifədən azad olunmasından cari ilin 2-ci rübünə qədər olan göstəricilərdə ciddi müştəri itkisi müşahidə olunur:
Göründüyü kimi E.Pirverdiyevin vəzifədən azad olunmasından bu rübə qədər bank 106 milyon 871 min manat depozit itirib. Eynilə 6 milyon 373 min manatlıq itki də kredit portfelində müşahidə olunub. Bankın o dönəmdən cari ilin 2-ci rübünə qədər olan hesbatında cəmi aktivləri, öhdəlikləri, faiz və qeyr-faiz gəlirləri ciddi şəkildə azalıb.
Qeyd edək ki, "Express Bank"ın ən böyük səhmləri isə "Azenco Group" MMC-yə məxsusdur. Bankda nizamnamə kapitalının 48,8%-i "Azenco Group" MMC-yə məxsus olsa da ötən ilin sonlarında MMC 8%-dən çox hissəsini satıb. MMC hazırada "Express Bank"da 40%-dən çox hissəyə sahibdir.
Xatırladaq ki, “Azenco Group” MMC Sumqayıt Texnologiya Parkının (STP) təsisçisidir. Ötən ilin Noyabr ayında STP-nin nizamnamə kapitalı 225 milyon 870 min 346 manat səviyyəsində müəyyən edilib.Kommersant.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır