Müştərilərin "Express Bank"-a olan inamı itir, pullarını geri çəkirlər
Müştərilər "Express Bank"-a olan inamını itirir, nəticədə bank mənfiyə doğru ilərliyir.
"Express Bank" cari ilin ikinci rübünü uğurlu başa vura bilməyib. Belə ki, bank 54 milyon manat depozit itirərək depozit portfelini əridib. Bundan başqa bankın müştərilərini itirməsi ötən rüblərdən başlayıb və hələ də davam edir.
Bank uzun müddətdir müştəri itirməsinə baxmayaraq, hələ də ayaqda dayana bilir. Amma bunun nə qədər davam edəcəyi bilinmir. "Express Bank"ın depozit portfeli ötən ilin əvvəllərindən kəskin şəkildə azalmağa doğru gedir. Belə ki, bankın depozitləri cari ilin ikinci rübündə 126 mln. 276 min manat olub. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 54 mln. 90 min manat, ötən ilin 3-cü rübü ilə müqayisədə 53 mln. 951 min manat, 2019 -cu ilin 4-cü rübü ilə müqayisədə 47 mln. 944 min manat, cari ilin birinci rübü ilə müqayisədə isə 21 mln. 666 min manat azalıb. Bu azalmanın davam edəcəyi təqdirdə bankın gələcək taleyi şübhə doğurur.
"Express Bank"da 2019-cu ilin 3-cü rübü ilə müqayisədə fiziki şəxlər 39 mln. 110 min manat, fiziki şəxlər isə 14 mln. 842 min manatını geri çəkiblər.Kommersant.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək