"Kapital Bank"da qara buxalteriya : Saxta kredit açıb pulları mənimsəyirlər - Sensasiya
"Kapital Bank" məhsulu olan "Birkart" plastik kartda qara mühasibatlıq olduğu iddia edilir.
Bununla bağlı kommersant.az-a daxil olan çoxsaylı şikayətlərdə iddia olunur ki, "Kapital Bank" müştərilərinin adına saxta "Birkart" açaraq çirkli pullarını yuyur, ya da bankın əməkdaşları bu yolla özlərinə qazanc əldə edir. Belə ki, iddialara görə sözügedən bank bu əməliyyatları qara mühasibatlığı üçün müştərilərindən gizlin həyata keçirir.
Redaksiyamıza daxil olan şikayətlərdən birini sizə olduğu kimi təqdim edirik:
""Birbankda" baxıram kartlar bölməsində mənə aid olmayan və mən tərəfdən açılmayan bank kartı görünür. Üzərində də əməliyyatlar olunur. Misal digər kart hesabı artıq özü-özünə necə açılmışdısa, elə də bloklanıb. Açıldığına dair də müraciət etməmişəm bloklanmasına dair də.
İkinci "Birkart" da belə. Bu gün baxıram ki, başqa bir kart da əlavə olunub. Halbuki kart sifarişim olmayıb. Hardan çıxır bu kart? Bu hal tək məndə də olmur, ətrafımdakı insanlarda da belə hadisələr olur. Kart hesabı açılır və üzərində əməliyyatlar olunur. Çox güman ki, orda qara mühasibatlığı idarə edirlər ya da saxta kreditlər açıb pulları mənimsəyirlər. Necə ki, "Zamin Bank"da olunduğu bu yaxınlarda məlum oldu".
Məsələ ilə bağlı "Kapital Bank"a rəsmi müraciət ünvanladıq. Müraciətin ünvanladığı gündən 13 gün keçməsinə baxmayaraq "Kapital Bank" tərəfindən məlumat təkzib edilməyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...