SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Deputatın bank rəhbərlərinə oğru deməsinin arxasındakı planın təfərrüatı

Deputatın bank rəhbərlərinə oğru deməsinin arxasındakı planın təfərrüatı

Tarix:

10-04-2017, 09:36

/ 58 532 dəfə oxundu.
Deputatın bank rəhbərlərinə oğru deməsinin arxasındakı planın təfərrüatı

Azərbaycanda bank sektoru çöküb. Manatın üzən məzənnəyə keçidi və bank sahiblərinin maliyyə fırıldaqları bu sahədə sabitliyi çoxdan sıradan çıxarıb

Məlumata görə, YAP-çı deputat Siyavuş Novruzov da bunu təsdiqləyb. Deputat deyib ki, bankların pis vəziyyətə düşməsi iqtisadi vəziyyətlə bağlı deyil:

“Bu, bank rəhbərlərinin maliyyə oğurluğu ilə bağlıdır. Hərəyə 1 milyard pul verdilər, onlar da bu pulu götürüb, aradan çıxdılar. Problemlərin səbəbini onlardan soruşmaq lazımdır.

Vaxtilə nəzarət mexanizmi var idi. Niyə indi biz "körpü bank" yaradırıq? Kim zəmanət verir ki, aktivlərin köçürülməsindən sonra bu hallar təkrarlanmayacaq”.

S.Novruzovun sözlərnə görə, banklar kökündən sağlamlaşdırılmalıdır: “Səbəb və nəticəni qarışdırmayın. Azərbaycanda vətəndaşa verilən istehlak krediti niyə yüksək faizlə verilir? Bunun izahı verilməlidir.

Azərbaycan iqtisadiyyatı inkişaf edir. Amma bank rəhbərləri öz maraq və mənafelərini güdürlər. Bankı sağlamlaşdıranda kökündən sağlamlaşdırmaq lazımdır”.

Məlumata görə, deputatın bank rəhbərlərinə oğru deməsinin arxasındakı plan maliyyə sistemini təzələmək və yenidən yığmaqdır.

İqtisadi bloka daxil olan nazirlərin və məmurların bank sektoruna vurduğu zərərlərin aradan qaldırılması bu sahənn şəffaflaşdırılması prosesinə hazırlıq gedir.

YAP-çı deputatın çıxışının məğzi də məhz həmin projeyə hesablanıb. Ölkə iqtisadiyyatına ən ağır zərbəni banklar vurub: "Bu dəyişikliklərdə əsas məqsəd bankların sağlamlaşdırılmasından ibarətdir.

Milli Məclisin plenar iclasında İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllə, eləcə də "Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.

Qanun layihəsi bankların ödəmə qabiliyyətinin bərpası, sağlamlaşdırılması, könüllü restrukturizasiyası, bankların rezolyusiyası ilə bağlı yeni alətlərin tətbiqi və ləğvini nəzərdə tutur.

Bundan başqa, qanun layihəsində alıcı bankın aldığı aktiv və öhdəliklərlə bağlı vergi və ödənişlərdən azad olunmasını nəzərdə tutulur. Dəyişikliklər qəbul olunsa, Azərbaycanda bankın öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq.

Layihəyə əsasən, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək.

İlin əvvəlində bank sektorunu haqlayan böhran özünün yeni fazasına qədəm qoyub. Əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərqin azalması bankları sərt addımlar atmağa məcbur edib.

Xərclərin optimallaşdırılması adlanan siyasəti çərçivəsində filialların bağlanması prosesinə başlanıb. Belə davam edərsə, bank sektorunda ixtisarlar geniş vüsət alacaq.

Şərhlər

XƏBƏR LENTİ