SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » 250 zeytun ağacı və milyardlara başa gələn TAP layihəsi - Bu layihənin taleyi necə olacaq?

250 zeytun ağacı və milyardlara başa gələn TAP layihəsi - Bu layihənin taleyi necə olacaq?

Tarix:

7-04-2017, 17:41

/ 109 076 dəfə oxundu.
250 zeytun ağacı və milyardlara başa gələn TAP layihəsi - Bu layihənin taleyi necə olacaq?

TAP layihəsinin qarşısının alınmasıda Rusiya və Ermənistanın hansısa rolu varmı?

İlham Şaban: “Aprelin 19-da keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi TAP kəmərinin tikintisinin davamına bir sədd çəkə bilər”.

“Əgər ağacların yerdəyişməsi olmasa, həmin ərazidə işlərin aparılmasına imkan verməyəcəklər”.
Bu sözləri enerji məsələləri üzrə eskpert İlham Şaban TAP kəmərinin tikintisinin dayandırılmasını şərh edərkən açıqlamasında qeyd edib.
İtaliyanın ANSA xəbər agentliyinin verdiyi məlumata görə, TAP-ın keçəcəyi Puglia rayonunun Melendugno bölgəsində zeytun ağaclarının kəsilməsinə qarşı böyük etiraz aksiyaları keçirilib. Nəticədə İtaliyanın Latsio regional inzibati məhkəməsi Ətraf Mühit Nazirliyinin TAP kəmərinin keçdiyi Apuliya bölgəsində çoxillik zeytun ağaclarının köçürülməsi üçün verdiyi icazənin qüvvəsini dayandırıb. Məhkəmənin bu qərarı TAP kəmərinin tikintisinin dayanmasına səbəb ola bilərmi və bundan sonra TAP kəmərinin gələcək taleyi necə olacaq? Eyni zamanda məlumdur ki, erməni diasporası uzun müddətdir ki, İtaliyada TAP kəmərinin çəkilişini əngəlləmək üçün çalışırdı. İtaliya məhkəməsinin bu qərarını Azərbaycana qarşı siyasi bir qərar olaraq dəyərləndirmək olarmı?
Mövzu ilə bağlı əməkdaşımız “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə eskpert İlham Şabana müraciət edib.
Image result for ilham şaban
İlham Şaban: “Bu məsələyə siyasi qərar kimi baxmaq olmaz”.
İtalya məhkəməsinin bu qərarının Azərbaycana qarşı siyasi bir addım olmadığını vurğulayan İlham Şabana görə, məlum ərazidəki zeytun ağaclarının yeridəyişməsinin ləngiməsi layihənin reallaşmasını gecikdirir:
“Aprelin 19-da keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi TAP kəmərinin tikintisinin davamına bir sədd çəkə bilər. Faktiki olaraq, artıq sədd çəkib. Belə olan şəraitdə səhv etmirəmsə, 221 zeytun ağacının yerdəyişməsindən indiyə qədər cəmi 50 ağacın yerini dəyişiblər. Əgər aprel ayının sonuna qədər ağacların yerdəyişməsi olmasa, həmin ərazidə işlərin aparılmasına imkan verməyəcəklər. Təbii ki, bu qurulan işlərin ləngiməsinə səbəb ola bilər. Digər tərəfdən, sözügedən ərazidə 7 ay ərzində görüləsi işlər ağacların köçürülməməsi ucbatından ləngiyəcək.
Bu məsələyə siyasi qərar kimi baxmaq olmaz. Mən buna biznes maraqları konstektindən yanaşıram. Düzdür, erməni diasporası bundan istifadə edə bilər. Bunu inkar etmirəm. İtaliyada erməni diasporasının çox kiçik olmasına baxmayaraq, çox aktivdir. Yəni, say məsələsinin heç bir önəmi yoxdur. Əsas məsələ keyfiyyətdir və onlar çox keyfiyyətli işləyirlər. Bunu nəzərə almaq lazımdır. Təbii ki, ermənilər bu məsələdən yararlana bilərlər. Biznes rəqibləri isə Rusiya ola bilər. Rusiyanın Qərblə problemi var. Təsəvvür edin ki, Rusiya “Cənub axını” layihəsini irəli sürüb və bu layihə reallaşmayıb. Daha sonra “Trük axını” layihəsi ortaya qoyulub. “Türk axını” layihəsi 2014-cü ilin dekabrında təmtəraqla gündəmə gəldi, 2016-cı ilin dekabrında işə düşməli və iki kəməri hazır olmalı idi, amma tikintisi heç başlamayıb. Bunun bir səbəbi var. Avropa Rusiyanın boru kəmərlərinin onun ərazisi boyunca uzanması məsələsini ləngidir və Rusiyanın öz oyunları ilə hesablaşmasını məsləhət görür.
Eyni zamanda “Şimal axını-2” məsələsində də Rusiyanı əməlli-başlı sıxışdırır. Bu isə Rusiyada qıcıq yaradır. Çünki “Cənub Qaz Dəhlizi”nin reallaşmasına istehza edən Avropa 2020-ci ilə qədər bu layihənin reallaşmayacağını dediyi halda borular qaynaq edilir, torpağa basdırılır və cəmi 1 ildən sonra ilk qaz gedəcək. 2 ildən sonra isə bu qaz Avropaya gedəcək. 50 il Avropayla qaz əməkdaşlığı edən ölkənin sıxışdırılması isə qıcıq yaradır. Ona görə də geoiqtisadi məsələlər baxımından TAP kəmərinin tikintisinin qarşısı kəsilir. Ümid edirik ki, kifayət qədər vaxt var”.
Qeyd edək ki, TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. Uzunluğu 870 km olacaq TAP qaz kəmərinin Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisini isə İtaliyaya çatdırması planlaşdırlıb.

pia.az

Şərhlər

XƏBƏR LENTİ