SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Banklar ölkəyə pul axınının qarşısını alır - GƏLİŞMƏ

Banklar ölkəyə pul axınının qarşısını alır - GƏLİŞMƏ

Tarix:

15-11-2019, 08:57

/ 687 dəfə oxundu.
Banklar ölkəyə pul axınının qarşısını alır - GƏLİŞMƏ

2019-cu ilin 9 ayında ölkəyə daxil olan pul baratları 793.5 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilib. Qeyd edək ki, 2018-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 998 milyon ABŞ dolları təşkil edib. Beləliklə, ölkəyə daxil olan pul baratlar 204,5 milyon dollar və ya 20,5% azalıb.

2018-ci ildə isə ölkəyə daxil olan pul baratları 2017-ci ilə nəzərən 6% artaraq 1 milyard 80 milyon ABŞ dolları təşkil etmişdi. Qeyd edək ki, barat - bank və ya poçt vasitəsilə göndərilən puldur.

Maraqlıdır, ölkəyə pul köçürmələrinin azalmasının səbəbi nədir?

İqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə verdiyi açıqlamasında bildirib ki, pul köçürmələrinin həcminin azalması ən hansı neqativ tendensiyanın göstəricisi deyil: “Pul baratlarının ölkəmizə daxil olmasında azalma nağdsız ödənişlərin daha kütləvi hal almasına gətirib çıxarıb. Bunu beynəlxalq köçürmələrlə bağlı bank sektorunda aparılmış bir sıra islahatların nəticəsi kimi dəyərləndirmək olar. Əvvəlki dövrlərdən fərqli olaraq, artıq ölkələrarası iqtisadi və ticarət münasibətlərində həm vətəndaşlar, həm iri investorlar, həm də ticarət dövriyyəsindəki bazar iştirakçıları daha çox nağdsız ödənişlər yolu ilə vasaitlərin köçürülməsinə üstünlük verirlər. Bu təkcə Azərbaycanda deyil, Gürcüstanda, İranda, Rusiyada da belədir. Ölkəmizə nağdsız pul kütləsi əsasən ticarət dövriyyəsi olan ölkələrdən daxil olur. Bu da Türkiyə, Gürcüstan, İran və Rusiyadır. Burada mühüm çəkini Rusiya təşkil edir”.

İqtisadçı deyir ki, pul köçürmələrinin detallarına diqqət yetirilərsə, Azərbaycanla Rusiya arasındakı nağd pul dövriyyəsində artım var: “Amma bunu Türkiyə ilə münasibətlərə şamil etmək olmaz. Diqqətçəkən məqamlardan biri də son zamanlar vətəndaşların elektron ticarətə üstünlük verməsidir. Digər tərəfdən isə azalmanın səbəbi nağd pul kütləsinin daşınmasında yaranan problemlərlə, bağlıdır. Bu problemlər xüsusilə də Azərbaycandan qaynaqlanır. İstər Bakıda, istərsə də bölgələrdə sərbəst valyutadəyişmə imkanları kifayət qədər məhduddur. Xüsusilə şənbə və bazar günləri valyutadəyişmə məntəqələrinin fəaliyyəti problemə çevirilib, bundan başqa banklarda müxtəlif bürokratik və inzibati protokol qaydaları iri sahibkarların işində müəyyən ləngimələr yaradır. Bu da həm sahibkarların, həm də vətəndaşların nağdsız, barat halında olmayan vəsaitlərin dövriyyəsinə üstünlük verməsi ilə nəticələnir. Tendensiya ixrac-idxal əməliyyatlarında vergilərin tətbiqinin daha da asanlaşması baxımdan müsbətdir, digər tərəfdən isə iqtisadiyyatın ləngiməsinə səbəb olur”.

Şərhlər

XƏBƏR LENTİ