“AFB Bank” enişə doğru kurs götürüb... - mənfəəti 3 dəfədən çox azalıb
“AFB Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 423,673 milyon manat təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 19% azdır.
“AFB Bank”ın aktivlərinin 207,115 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 24,3% böyüyüb.
Hesabat dvöründə “AFB Bank”ın cəmi öhdəlikləri 22,9% azalaraq 347,714 milyon manat, o cümlədən depozit portfeli 29,9% azalaraq 222,152 milyon manata düşüb, cəmi kapitalı isə 5,5% artaraq 75,959 milyon manata çatıb.
Bu ilin yanvar-iyun aylarında “AFB Bank”ın gəlirləri 19,093 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 20,2% az), xərcləri 10,698 milyon manat (3,2% az), xüsusi ehtiyatlara ayırmaları isə 6,719 milyon manat (11,1% az) təşkil edib. Son nəticədə Bank I yarımili 1,677 milyon manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 68,5% və yaxud 3,2 dəfə azdır.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var