İnam Kərimov Afrikaya gilas satmaqdansa, ölkədə gilasın qiymətini ucuzlaşdırsın... - İTTİHAM
«Yerli meyvə-tərəvəzin çoxdan bazara çıxarılmasına baxmayaraq, onların qiyməti hələ də düşmür və əhali bahalıqdan narazılıq etməkdə haqlıdır». İşadamı, iqtisadçı Nazim Bəydəmirli belə deyir və bunun səbəbini məmur inhisarında görür.
N.Bəydəmirli bugünlərdə Kənd Təsərrüfatı Nazirliyi yanındakı «Aqrar-Ticarət» qurumunun Afrikaya gilas ixrac etməsi ilə bağlı informasiyaya rast gəldiyini söyləyir: «Görünür, Afrikaya ixraca o qədər tələb var ki, bizdə gilasın qiyməti sıçrayışla yüksəlib».
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin və müxtəlif qurumların dövlət büdcəsi hesabına bizneslə məşğul olması nəticədə bu cür bahalaşmaya səbəb olur. İqtisadçı bildirir ki, dövlət qurumlarının bizneslə məşğul olması məmurlara öz inhisarını qurmaq fürsəti verir, əslində, bu iş birbaşa sahibkarlara həvalə olunmalı, onların bazar, yarmarkalara çıxışları asanlaşdırılmalıdır.
N.Bəydəmirliyə görə, meyvə-tərəvəzçiliklə məşğul olan kəndlilərin ucuz kredit resursuna çıxışının olmaması da qiymətlərin artmasında böyük rol oynayır.
Bu il Azərbaycanda meyvə-tərəvəz ötən illərlə müqayisədə çox bahadır. Kənd təsərrüfatı mütəxəssislərindən bunu hava şəraitinin əlverişsiz keçməsi, mövsümün 15 gün gecikməsi ilə izah edənlər də var. Amma bəzi ekspertlər bu qənaətdədir ki, kəndlinin bazara, kənd təsərrüfatı yarmarkalarına birbaşa çıxışına imkan yaradılmaması, bu sahədə də inhisarın mövcudluğu qiymət artımına səbəb olur.
Dia.az
XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var