Ötən il 3 milyona aldığı vaqona bu il 15 milyon verdi — Cavid Qurbanovdan SENSASİYALI QİYMƏTLƏR
Xəbər verdiyimiz kimi, bu ilin birinci rübündə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY QSC) Belarusdan 2 sərnişin vaqonu alıb. İki sərnişin vaqonu üçün isə ADY 30.384.560 (30 milyon 384 min 560) dollara ödəyib.
Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Maraqlıdır ki, ötən ilin yanvar-mart aylarında Belarusdan 8 sərnişin vaqonu gətirilib. Onların bəyan edilən gömrük dəyəri idə 28.264.440 (28 milyon 264 min 440) dollar olub. Rəqəmlər arasında ciddi fərq var. Belə ki, ötən il hər vaqon üçün 3 milyon 533 min 55 dollar ödənildiyi halda, bu il 1 vaqona görə ADY Belarusiyaya 15 milyon 192 min 280 dollar ödəyib.
Yayılan məlumatı dəqiqləşdirmək üçün cebhe.info ADY-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxlayıb.
S.Qədirova suallarına sorğu şəklində cavab verəcəyini və cavabı 3 iyun tarixində göndərəcəyini bildirib. Sorğu isə bu şəkildə olub:
Yayılan məlumat doğrudurmu? Əgər doğrudursa, iki vaqon üçün niyə bu qədər vəsait ödənilib? Bu vaqonlarən özəllikləri nədir?
Ancaq ADY yenə də susqunluğunu qoruyub. Qurum bir vaqon üçün niyə 15 milyon dollar ödənildiyinin səbəblərini açıqlamaqdan yayınıb.
cebhe.info

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var