Azərbaycana hazır gətirilən texnika yerli istehsal kimi təqdim olundu - Fotolar
İki gün əvvəl ilk dəfə olaraq Gəncə Avtomobil Zavodunda “E - 321” markalı elektrobusun istehsal olunması ilə bağlı mərasim keçirilib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda xəbər ölkənin bütün media orqanlarında yayıldı. Mərasimdə çıxış edən “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, “Gəncə Avtomobil Zavodu” İB və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində “E-321” markalı elektrobuslar yığılaraq konveyerdən çıxıb. Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur.
Və əgər sifariş olarsa, “Gəncə Avtomobil Zavodu” İB il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir.
X. Fətiyevin böyük qürur hissi ilə təqdim etdiyi bu elektrobuslar haqda maraqlı məqam ortaya çıxıb. Təqdimatda elan olunub ki, maşınlar Gəncə Avtomobil Zavodunda yığılıb. Amma nəyi yığılıb, necə yığılıb bu haqda məlumat verilməyib.
Sosial şəbəkələrdə yayılan xəbərlərə görə isə əsildə, həmin elektrobusların yığılması heç də Gəncədə həyata keçirilməyib. Onlar hazır şəkildə Belarusdan Azərbaycaana gətirilib və yerli istehsal kimi ictimaiyyətə təqdim olunub. Hətta həmin elektrobusun qatar vasitəsi ilə Gəncəyə gətirilməsini özündə əks etdirrən fotolar da yayılıb.
Belə bir məqamda Azərbaycana hazır şəkildə gətirilən bir texnikanın Azərbaycan istehsalı kimi təqdim olunmasının arxasında nə dayanır? İctimaiyyəti aldatmaq kimə lazımdır? 


Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var