Bu şəxslərə lizinq vermək qadağan edilidi
Bu ilin yanvarın 1-dən etibarən Vergilər Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi bankların fiziki şəxslərə lizinq vermək imkanlarını da məhdudlaşdırıb. “Qafqazinfo” nun məlumatına görə, Məcəllənin 140.1-ci maddəsinə edilən dəyişikliyə görə, banklar fiziki şəxslərə lizinq verə bilməz. Lizinq hüququ və fərdi sahibkarlara veriləcək.
Yeni dəyişikliyin mahiyyətini “Qafqazinfo”ya şərh edən iqtisadçı ekspert Samir Əliyev deyib ki, bundan sonra maliyyəni yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ala bilərlər: “Yəni, adi vətəndaş əgər sahibkar kimi uçotda durmayıbsa, lizinq götürə bilməz. Əvvəllər belə bir qadağa yox idi. Elə buna görə də mobil telefondan tutmuş şəxsi məqsədlər üçün avtomobil almaq istəyənlər lizinqə üz tuturdular.
Lizinq xidmətləri xüsusilə 2014-cü ildə genişlənməyə başladı. Həmin dövrdə Mərkəzi Bank bank və bank filiallarından kənarda, o cümlədən pərakəndə ticarət obyektlərində kredit verməyi qadağan etdi. Nəticədə istehlak kreditlərinin bir hissəsi lizinqə çevrildi. Vergilər Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən lizinq bir növ məişətdən biznes sektoruna çevriləcək. Bu da təbiidir. Çünki lizinqin mahiyyəti də biznesi dəstəkləmək, istehsal vasitələrini almağa pulu olmayan sahibkarlara bu vasitələri əldə etməyə imkan verməkdir. Dəyişiklik lizinq bazarının kiçilməsinə, lizinq şirkətlərinin azalmasına gətirib çıxaracaq. Bu dəyişiklik eyni zamanda istehlak kreditləşməsini artıracaq”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var