SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İrandan Azərbaycana ərzaq gətirməyə QƏTİ QADAĞA

İrandan Azərbaycana ərzaq gətirməyə QƏTİ QADAĞA

Tarix:

19-10-2018, 16:23

/ 2 821 dəfə oxundu.
İrandan Azərbaycana ərzaq gətirməyə QƏTİ QADAĞA

Bir neçə ay əvvəl İranda dollarla yanaşı Azərbaycan manatının da bahalaşması, ölkədə iqtisadi durumun çətinləşməsinə səbəb olmuş və İran hökuməti ölkədən ərzaq məhsullarının çıxarılmasına qadağa qoymuşdu.

Bu qadağaya səbəb isə əvvəllər eyni pula az ərzaq düşməsinə baxmayaraq, indi iki və daha artıq sayda ərzaq düşməsidir.

Cebhe.info xəbər verir ki, ölkədən ərzaq məhsullarının xaricə daşınmasının qarşısını almaq üçün İran gömrük xidməti düyü, qənd, çay, şəkər tozu və s. ərzaq mallarının Azərbaycana keçməsinə qadağa qoyub. Artıq İrandan ölkəyə adıçəkilən məhsullardan 1 kq belə gətirmək mümkün deyil.

Xatırladaq ki, sentyabr ayında İran qadağa tətbiqinə yeni başlamış və Bakıdakı İran məhsulları satılan mağaza satıcılarının dediklərinə görə, bir məhsuldan ancaq 4-5 kq gətirmək mümkün idi.

Həmçinin bildirək ki, İran məhsulları satılan mağazalarda ərzaqların sentyabr ayında ucuzlaşmasına baxmayaraq, hazırda qiymətlər artıb. Buna səbəb kimi isə satıcılar məhsulların gətirilməsinin mümkünsüz oldu

Şərhlər

XƏBƏR LENTİ