XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Azərbaycanda hibridləşdirilmiş buğda satılır - ŞOK iddia

Azərbaycanda hibridləşdirilmiş buğda satılır - ŞOK iddia

Azərbaycanda hibridləşdirilmiş buğda satılır - ŞOK iddia
4-03-2017, 10:26

"Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli Azərbaycanda hibridləşdirilmiş buğdaların satılmasıyla bağlı şok iddialar səsləndirib.

S.Rəhimli sosial şəbəkədə, səməni becərmək üçün boşqaba qoyduqları buğdanın fotosunu paylaşıb. O, buğdadan meyit iyi gəldiyini qeyd edib və onun hibridləşdirilmiş olduğunu iddia edib: "Əslində səmənini hər kəs öz əli ilə, öz evində qoymalıdır. Biz həmişə buna riayət etmişik. Bu il də 300 qram buğda alıb, 3 səməni qoyduq. Cəmi iki gün sonra buğdadan üfunət qoxusu, meyit iyi gəlməyə başladı. İnandırım sizi, dözülməz qoxudan evdə durmaq mümkün deyildi. Səbrimizi basıb bir həftə dözdük, sonra atdıq.

Gizli informasiya gəzirdi ki, müxtəlif ölkələrdən bizə hibridləşdirilmiş, tərkibinə insan genini dəyişən maddələr yeridilmiş (qorxu və ümidsizlik yaradan, müqavimət gücünü sıfıra endirən) buğdalar gətirilir. Məhz bu il deyilənlərin doğru olduğunu gördüm. Çay belə, buğda (un, çörək) belə, su da ki... Bu qədərmi dəyərsiz baxılır bu millətə?”

Əməkdaşımız məsələ ilə bağlı "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayıb. O, sözügedən buğdanın əqrəb geni yeridilmiş buğda ola biləcəyini qeyd edib: "Yəni quraqlığa davamlı genetik modifikasiya olunmuş buğda da ola bilər. Amma onun pis qoxu vermək əlaməti barədə məndə məlumat yoxdur.

Ümumiyyətlə, Azərbaycanda genetik modifikasiya olunmuş buğda, qarğıdalı əkilir. Bunlar qeyri-qanuni olaraq edilir. İstisna olunmur ki, jurnalistin aldığı da o cür buğda ola bilər”.

Eyyub Hüseynov qeyd edib ki, isti yerdə saxlandığı zaman uğdada qıcqırma da baş verə bilər: "Qıcqırma zamanı da o cür pis iy gəlir. Həmçinin bütün buğdalar qıcqırmadan üfunət qoxusu verə bilər”.

bakipost

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.