SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Qoşqar Təhməzli indi də "broker" Əbülfəzə İLİŞDİ - QƏRAR

Qoşqar Təhməzli indi də "broker" Əbülfəzə İLİŞDİ - QƏRAR

Tarix:

5-09-2018, 13:07

/ 1 369 dəfə oxundu.
Qoşqar Təhməzli indi də "broker" Əbülfəzə İLİŞDİ - QƏRAR

Azərbaycan Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası Qida Təhlükəsizliyi Agentliyi ilə birgə işçi qrupu yaradır.

Bu barədə Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov bildirib.

Onun sözlərinə görə, işçi qrupunun yaradılmasında məqsəd süd məhsulları bazarındakı problemlərin aradan qaldırılmasıdır: "Agentliyin əməkdaşları ilə birlikdə süd məhsullarının üzərinə vurulan məlumatları araşdıracağıq. Həmin məlumatların məhsula tam uyğun olması ilə bağlı birgə fəaliyyət göstərəcəyik. Məsələn, bir çox hallarda marqarin yağı kərə yağı adı ilə satılır. Məqsəd bu cür halların qarşısını almaqdır".

Bu gün ölkədə yağ idxalı bazarına keçmiş broker Əbülfəz Məlikov nəzarət edir. İndi də görünəni odur ki, AQTA rəhbəri Qoşqar Təhməzli Əbülfəz Məlikovun da "bostanına daş atmaq" fikrinə düşüb.

Nə qədər real olacaq? Bunu zaman göstərəcək...

Şərhlər

XƏBƏR LENTİ