Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yeniləyib
Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 3,7 % yox, 3 % olacağı gözlənilir.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.
Sənədə əsasən, dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslər milli iqtisadiyyata təsirsiz ötüşməyib və İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra proqnozların yenilənməsini zəruri edib.
Belə ki, bu ilin I yarısında qeydə alınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı ilə bağlı makro-iqtisadi proqnozlar yenilənib. Həmin proqnozlara əsasən, 2025-ci ildə ÜDM-in real artımı 3,5 % olmaqla nominal ifadədə 129,9 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,7 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-i 93,5 milyard manata (əvvəlki proqnoza nəzərən 1,3 milyard manat çox) çatacağı gözlənilir.
2025-ci ilin dövlət büdcəsinin hesablamaları üçün 70 ABŞ dolları səviyyəsində qəbul edilmiş xam neftin bir barelinin orta illik ixrac qiyməti yenilənmiş makro-iqtisadi proqnozlarda baza ssenari üzrə eyni səviyyədə saxlanılıb. Kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərib. Belə ki, 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,9 %-dən 4,6 %-ə endirilib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub