Avronun dizaynı dəyişəcək
Avropa Mərkəzi Bankı 23 il əvvəl dövriyyəyə buraxılan avro əskinaslarının dizaynını ilk dəfə dəyişdirməyi planlaşdırır.
Dizayn dəyişikliyi əskinasların daha cəlbedici və tanınması üçün nəzərdə tutulub.
Qeyd olunur ki, Mərkəzi Bank hazırda əskinaslar üçün yeni dizayn axtarır. İki variant nəzərdən keçirilir - Avropa mədəniyyəti və ya təbiət görüntüləri.
Birinci halda əskinasların ön tərəflərində məşhur avropalılar təsvir olunacaq. Əskinasların dəyərinin artan sırasına görə yunan opera müğənnisi Mariya Kallas, alman bəstəkarı Lüdviq van Bethoven, polyak-fransız alimi Mariya Küri, ispan yazıçısı Migel de Servantes, italyan rəssam və ixtiraçı Leonardo da Vinçi və avstriyalı sülh fəalı Berta fon Sattnerin təsvir olunması nəzərdə tutulur.
Eyni zamanda, qeyd olunur ki, müstəqil ekspertlər qrupu tərəfindən təklif edilən və sonra Avropa Mərkəzi Bankı tərəfindən seçilən bu adlar 20 avrozona ölkəsindən yalnız altısını təmsil etdiyi üçün mübahisələrə səbəb ola bilər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır