HP: Neft qiymətlərinin enməsi ARDNF-nin aktivlərinin azalmasına səbəb ola bilər
Azəri-Çıraq-Günəşli yatağında hasilatın 2025-ci ildə 2,2 milyon barel azalaraq 123 milyon barelə düşməsi, hasilatın 2010-cu il pik göstəricisi ilə müqayisədə 2,5 dəfə azaldığını göstərir ki, bu da neftin aşağı qiymətləri və azalan hasilat fonunda Dövlət Neft Fondunun gəlirlərini və aktivlərini məhdudlaşdırmaq riski yaratmaqdadır.
Bu Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.
Qeyd edilib ki, Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalisgəlirlər Fondun gəlirlərinin strukturunda ən böyük paya malikdir. Fond tərəfindən təqdim edilən məlumata əsasən 2025-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının həcmi 123 mln. barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2024-cü ilin göstəricisinənisbətən (125,2 mln. barel) 2,2 mln. barel azdır. Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilatın pik dövrü 2010-cu ildə 303 milyon barel təşkil etmiş, həmin dövrdən sonra hasilatda azalma müşahidə edilmişdir. Təqdim edilən məlumatlara əsasən 2025-ci ildə Azəri-Çıraq-Günəşli yatağında hasilatın həcmi hasilatın pik dövrü (2010-cu il) ilə müqayisədə 2,5 dəfəyə kimi azalıb.
Neft qiymətlərinin kəskin düşməsi və aşağı qiymətlərin uzun müddət davam etməsi, eyni zamanda hasilatın da azalması fonunda Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır. Belə ki, 2025-cü il üzrə mənfəət neftinin və qazının satışından daxilolmaların 5 763,1 mln. ABŞ dolları olması proqnozlaşdırılır ki, AÇG yatağı üzrə dövlətin payına düşən gəlirlərin həcmi 4 955,6 mln. ABŞ dolları və ya ümumi daxilolmaların 86%-ni təşkil edəcək.
Bildirilib ki, 2025-ci il üçün Fondun büdcəsində neftin ixrac qiyməti əvvəlki illərdən fərqli olaraq daha optimist yanaşma ilə müəyyən edilmişdir ki, neft bazarının risk faktorları, xüsusən qiymətlərin enməsi nəticəsində büdcə kəsirinin artmasına və nəticədə aktivlərin azalmasına səbəb ola bilər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır