SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycan neftinin qiyməti 81 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 81 dollara yaxınlaşır

Tarix:

7-06-2024, 09:28

/ 1 038 dəfə oxundu.
Azərbaycan neftinin qiyməti 81 dollara yaxınlaşır

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları, yaxud 3,28 % artaraq 80,91 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 80,02 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Şərhlər

XƏBƏR LENTİ