AZTAF-ın dörd texniki yardımı tamamlanmaq üzrədir
Azərbaycan Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə 9 texniki yardımdan 4-ü yekunlaşmaq üzrədir.
Bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantısında deyib.
O bildirib ki, AZTAF Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan və ümumi büdcəsi 5,25 milyon avro olan üç illik texniki yardım proqramıdır: "Proqram əsas tərəfdaş kimi Azərbaycan hökuməti və İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, eləcə də digər dövlət qurumları ilə məsləhətləşmələr əsasında yaradılıb. Məqsədi Azərbaycanın 2030-cu ilə Milli Prioritetləri və 2022-2026-cı illər üzrə Milli Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq Azərbaycan hökumətinə məsləhət və analitik dəstək göstərmək və onun potensialını gücləndirməkdir". XalqXeber.Az


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır